Büdcə müzakirəsi nədən gecikir?

Qubad İbadoğlu

ADR Hərəkatının sədri

 

Gələn ilin büdcə layihəsinin parlament müzakirəsi nədən gecikir?

Ötən ilin bu günü növbəti ilin büdcəsi layihəsi Maliyyə Nazirliyinin saytında təqdim olunmuşdu. Bu il isə gələn ilin büdcəsi ilə bağlı son məlumat 24 sentyabr 2018-ci ildə yayılıb. Məlumatda bildirilir ki, Azərbaycan Respublikasının baş naziri 2019-cu il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2019-cu il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında sərəncam imzalayıb və göstəriş verib ki, gələn ilin büdcəsinin layihəsi “Büdcə sistemi haqqında” Qanununun 12-ci maddəsində nəzərdə tutulan müvafiq materiallarla Azərbaycan Respublikasının Prezidentinə təqdim edilsin.
“Büdcə sistemi haqqında” Qanununun 13-cü maddəsinə görə, növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15-dən gec olmayaraq Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisinin müzakirəsinə və təsdiqinə təqdim edilir. İndiyədək büdcənin parlamentə təqdimatı ilə bağlı rəsmi məlumat açıqlanmayıb. Nə Maliyyə Nazirliyinin, nə də ki, Milli Məclisin saytında da bu barədə informasiya yoxdur. Bu isə o deməkdir ki, 2019-cu il üzrə dövlət büdcəsinin layihəsini oktyabrın 15-dək parlamentə təqdim etməyi nəzərdə tutan “Büdcə sistemi haqqında” Qanununun 13-cü maddəsi pozulur. Bu isə büdcənin parlament müzakirəsinin gecikməsinə gətirib çıxaracaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button