Büdcədə beynəlxalq idman yarışlarının xərcləri elm xərclərindən 3 dəfə çoxdur

qubad
Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu arşdırma apararaq, belə açıqlama verib ki, bu ilin büdcəsində beynəlxalq idman tədbirlərinin keçirilməsi xərcləri elm xərclərindən 3 dəfə çox nəzərdə tutulub.

Onun sözlərinə görə, 2016-cı ilin əlavə və dəyişikliklərlə yeniləşdirilmiş büdcəsində yalnız beynəlxalq idman tədbirlərinin keçirilməsi, hazırlıq və digər təşkilati işlərə 403,87 milyon manat vəsait ayrılıb. Bu vəsait bu il üçün nəzərdə tutulan səhiyyə büdcəsinin təxminən yarısı qədərdir:
“Beynəlxalq idman tədbirlərinin keçirilməsi, hazırlıq və digər təşkilati işlərə yönələn vəsait ayrı-ayrılıqda sosial təminat xərclərindən 11,5 dəfə, ipotekaya dəstək xərclərindən 8 dəfə, elm xərclərindən 3 dəfə, dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsinə ayrılan xərcdən 2,5 dəfəyədək çoxdur.
Yeri gəlmişkən onu da qeyd edim ki, 2016-cı ilin büdcəsində beynəlxalq idman tədbirləri üçün təsdiq olunan 403,87 milyon manat vəsaitdən əlavə olaraq 18 milyon manat da beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlərin maliyyələşdirilməsi üçün də nəzərdə tutulub. Deməli, bu il bütövlükdə beynəlxalq tədbirlərin təşkili üçün büdcədən 422,8 milyon manatdan çox vəsait xərclənəcək ki, bu da bu il üçün cəmi büdcə xərclərinin 2,3 faizinə bərabərdir. Göründüyü kimi bu ilin büdcəsindən heç də böhran büdcəsi “iyi” gəlmir. Onun rasionallaşdırılması ilə bağlı deyilənlər isə xüsusilə də yeniləşmiş büdcədə nəzərə alınmayıb.”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button