Bütöv Azərbaycan Qadınlar Parlamenti yaradıldı

bütöv azərbaycanBakıda Bütöv Azərbaycan Qadınlar Parlamentinin Təşkilat Komitəsi öz işinə başlayıb. Bu barədə bizə məlumatı Təşkilat Komitəsinin üzvü Aynur İmranova verib.Bütöv Azərbaycan Qadınlar Parlamenti Cənubi Azərbaycanda, Azərbaycan Respublikasında, Avropa və dünyanın bir çox yerində aktiv siyasi fəaliyyətlə məşğul olan qadınları bir araya gətirib. Qurum Güney Azərbaycanın Milli müqəddəratının təyini və Bütöv Azərbaycan Hərəkatının aktivləşməsi istiqamətində fəaliyyət göstərəcək. Eyni zamanda aydın qadınların, yazar və alimlərin Bütöv Azərbaycan mübarizəsinə qoşulmasına yardımçı olmaq istiqamətində də xüsusi fəaliyyət proqramı hazırlayıb.  Bütöv Azərbaycanın regional və qlobal prespektivinin əsaslandırılması və bu yöndə beynəlxalq ictimai rəyin formalaşdırılmasına nail olunması, bu məqsədlə Bütöv Azərbaycanın fəlsəfi, idealoji, iqtisadi, siyasi, kültürəl, dini, tarixi, sosioloji, ədəbi-bədii nəzəri əsaslarının konseptual doktrinalarının hazırlanmasına yönəlik tədbirlər planının həyata keçirilməsi də qurumun əsas götürəcəyi prioritet sahələrdəndir.
“Bu gün Azərbaycanın parçalanması haqqında beynəlxalq ictimai rəyin yaradılması çox vacib şərtlərdəndir. İranda baş verən hadisələr göstərir ki, Cənubi Azərbaycanda türklər xususi diskriminasiyaya məruz qalırlar. Urmu gölü ilə bağlı yaranan problemdə hamıya məlumdur. Urmu gölünün Azərbaycan tarixində yeri müstəsnadır. Onun qurudulması İranın məqsədli siyasətindən xəbər verir.”
Bütöv Azərbaycan Qadınlar Parlamenti  sabah, yəni sentyabrın 3- də ilk tədbirini keçirməyi də planlaşdırır. İran səfirliyinin qarşısında keçiriləcək piketdə Urmu gölünün qurudulması, eyni zamanda Cənubi Azərbaycanda son günlər çoxsaylı həbsləri pisləyəcək, həbs olunan türklərin azadlığq buraxılmasını tələb edəcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button