Rubrikalar: MARAQLI XuralTAC

Bütün sərvətini yoxsullara paylayan milyarder öldü

“Bu qədər mal deyil, ancaq əməllərim məni xilas edə bilər”

“Müsəlman milyarder” adı ilə məşhur olan Avstraliyanın ən zəngin insanlarından biri Əli Banat vəfat edib.Axar.az xəbər verir ki, mayın 29-da dünyasını dəyişən Banat həyatının son iki ilində etdikləri ilə hamının rəğbətini qazanıb.

Sidneydə dünyaya gələn Banat dəbdəbəli həyata, “Ferrari”lərə, villalara və yaxtalara sahib olub. 2015-ci ildə həkimlər ona xərçəng xəstəliyinə yaxalandığını deyiblər. Milyarder bütün bədəninə yayılan xəstəliyi “Allahdan gələn bir hədiyyə” olaraq qiymətləndirib və bütün həyatını dəyişib. Həkimlər ona 7 ay ömrü qaldığını desələr də, Banat 2 il ölümlə mübarizə aparmağı bacardı. Bu müddət ərzində isə sərvətini xeyriyyə işlərinə sərf edib.

Milyarder bütün sərvətini sataraq qərbi Afrikada yerləşən Toqoya gedir. Bu ölkədə əhalinin 55 faizdən çoxu yoxsulluq həddindən də aşağı həyat şəraitində yaşamağa çalışır. Əli Banat burada müsəlmanlar üçün bir məktəb binası və məscid inşa etdirir. Bundan sonra isə xeyriyyə işlərini koordinasiya etmək üçün “Dünyanın hər yerindəki müsəlmanlar” adlı fond təsis edir.

“Bu xəstəlik mənə Allah tərəfindən bəxş edilmiş bir ərmağandır. Şükürlər olsun ki, Allah mənə dəyişə bilməyim üçün fürsət verdi. Mən də həyatımı insanlara xidmət yoluna həsr etməyə qərar verdim. Çünki bu qədər mal deyil, ancaq əməllərim məni xilas edə bilər”, – milyarder bildirib.

Paylaş:

Share

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Mikayıl Cabbarov əsas nazir oldu

Rövşən Ağayev: “Baş nazirlik institutunun ləğv olunması ən doğru addım olardı” “Prezident İlham Əliyevin 23 oktyabr sərəncamlarını struktur islahatları adlandırmaq…

23 Oktyabr 2019 8:48 axşam
  • GÜNDƏM
  • SİYASƏT
  • XuralTAC

Ramiz Mehdiyev getdi!

Prezident İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tutduğu vəzifədən azad edilib. Digər bir sərəncamla dövlət başçısı Ramiz…

23 Oktyabr 2019 8:27 axşam
  • GÜNDƏM
  • XuralTAC

Əli Kərimlinin alnına 9 tikiş vurulub-FOTO

AXCP sədri Əli Kərimlinin 19 oktyabr mitinqində həbs edləndən sonra polislərin döyməsi nəticəsində başından aldığı xəsarəti göstərən yeni foto yayılıb.…

22 Oktyabr 2019 5:17 axşam
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Əvəz Zeynallı Əli Kərimlini döyənlərdən yazdı

19 oktyabrda baş verən mitinqdə AXCP sədri Əli Kərimlinin polis tərəflərindən vəhşicəsinə döyülməsi ictimaiyyətdə geniş rezonans doğurub. Ölkə ictimaiyyətinin əksəriyyəti…

21 Oktyabr 2019 7:42 axşam
  • DÜNYA
  • XuralTAC

İspaniya diktatoru Frankonun nəşi yenidən müayinə olunacaq

İspaniyanın sabiq rəhbəri, general Fransisko Frankonun nəşi oktyabrın 24-də yenidən müayinə olunacaq. Xural.com DW xəbərə istinadən verir ki, hazırda Madrid yaxınlığındakı…

21 Oktyabr 2019 7:22 axşam
  • GÜNDƏM
  • XuralTAC

Əli Həsənov və Hacıbala Abutalıbov vəzifələrindən azad olundular-SƏRƏNCAM

Baş nazirin iki müavini - Əli Həsənov və Hacıbala Abutalıbov vəzifələrindən azad olunublar. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan…

21 Oktyabr 2019 7:17 axşam
Xural.COM