Rubrikalar: GÜNDƏM XuralTAC

Cəmil Həsənli Zakir Qaralovun cavabını verdi

“Belə tərcümeyi-halı olan birisinin bizə əxlaq dərsi verməyə cəhd göstərməsi təəccüblü deyil”

Milli Şuranın sədri Cəmil Həsənli baş prokuror Zakir Qaralovun bir neçə gün qabaq müxalifətin ünvanına səsləndirdiyi ittihamlara münasibət bildirib. C.Həsənli feysbuk səhifəsində yazıb:

Fevralın 7-də Azərbaycan Respublikası Baş Prokurorluğunun 2018-ci ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclasında həmin dövlət orqanına rəhbərlik edən Zakir Qaralov belə bir əndrəbadi bəyanat verib: “Xalqın dəstəyindən məhrum olan, nüfuzunu, sosial dayaqlarını tamamilə itirmiş, ölkəmizdə İslam dövləti yaratmaq xəyalında olan radikal-terrorçu qüvvələrlə işbirliyi quran, ermənipərəst xarici dairələr tərəfindən idarə olunmaqla qanunsuz maliyyələşən AXCP və digər radikal müxalifət partiyaların ənənəvi inkarçı və qərəzli mövqedən çıxış edərək varlıqlarını sübut etmək naminə diqqəti özlərinə cəlb etməklə gündəmdə qalmaq üçün müxtəlif üsul və vasitələrdən istifadə etməyə çalışmaları diqqətə çatdırılıb.” Görünür adam konstitusiya və “Prokurorluq haqqında” qanunun tələblərini unudub. Həmin sənədlər prokurorluq orqanlarına siyasətlə məşğul olmağı qadağan edir. Baş prokuror isə bu təməl prinsipləri unudaraq açıq açığına siyasi bəyanatlar verir. Hansısa bir partiyanın xalqın dəstəyini itirib-itirməməsin müəyyən etmək Baş prokurorun vəzifəsi deyil, prokurorluğun vəzifəsi qanunun aliliyini təmin etməkdir.

Niyə Baş prokurorluq bu vəziyyətə düşüb? Niyə Baş prokuror hüquqi deyil, siyasi bəyanatlarla çıxış edir? Niyə Zakir Qaralov YAP funksyanerlərinin görməli olduğu işi öz üzərinə götürür? Bunun çox səbəbi var. Onlardan bəzilərini vaxtı ilə mən Zakir Qaralov Milli Məclisdə ikinci dəfə bu vəzifəyə təsdiq olunanda bildirmişəm. Deməli, “Prokurorluq haqqında” qanunun 16-cı maddəsinin 2-ci hissəsinə görə “Eyni şəxs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin edilə bilməz”di. 2009-cu ildə İlham Əliyev bir şəxsin iki dəfədən artıq prezident seçilməsi məhdudiyyətini aradan qaldırdıqdan sonra ilk yadına düşün Baş prokurora şamil edilən bu məhdudiyyəti aradan qaldırmaq oldu. 2009-cu ildə həmin maddə “Prokurorluq haqqında” qanundan çıxarıldı və 2010-cu ildə Zakir Qaralov 3-cü, 2015-ci ildə isə 4-cü dəfə bu vəzifəyə təyin edildi. Mən 2005-ci ildə Milli Məclisdə bu məsələ müzakirə edilən zaman çıxış edib bildirdim ki, bu adam vaxtı ilə sərxoş olub ictimai asayişi pozduğuna görə və “Sirk” resoranında baş vermiş bir cinayət hadisəsini saxtalaşdırdığına görə nəinki rayon prokuroru vəzifəsindən, ümumiyyətlə prokurorluq orqanlarından xaric edilib. İndi belə tərcümeyi-halı olan birisinin layiq olmadığı postunu qorumaq və bizə əxlaq dərsi verməyə cəhd göstərməsi təəccüblü deyil. Prolurorluq orqanlarının siyasiləşməsinin, İlham Əliyevə sədaqət məzmunlu siyasi bəyanatların verilməsinin səbəblərindən bir də məhz, budur.

Təsəvvür edin ki, biz Milli Şura olaraq 3 milyard dollarlıq həcmində oğurluğu özündə ehtiva edən rüsvayçı “Azərbaycan camaşırxanası” üzə çıxanda, 2017-ci ilin sentyabr ayının 13-də araşdırmaya başlamaq üçün şəxsən Zakir Qaralova yazılı müraciət etmişik. Üzərindən iki il yarım vaxt keçməsinə baxmayaraq Baş prokurorluq tərəfindən heç bir tədbir görülməyib və ölkənin müdafiə xərclərinin mənimsənilməsi (Müdafiə, Müdafiə sənayesi, Fövqəladə hallar və keçmiş Milli təhlükəsizlik nazirliklərinin büdcə vəsaitlərinin əyri, natəmiz yollarla ofşor hesablara göndərilməsi) kimi vətənə xəyanət əməlinə münasibətdə qanunun aliliyini təmin etməli olan bir dövlət orqanı tərəfindən hərəkətsizlik nümayiş etdirilib. Halbuki, mənimsəmənin tam mənzərəsi ortadadır: Oğurluq pulları göndərən nazirlik, idarə və müəssisələr bəlli, pul transferi ilə məşğul olan yerli və xarici vasitəçi banklar ortada, Londonda pulları qəbul edən 4 şirkət ad familiyası ilə aşkarlanıb, Densko bankın qəbzləri göz deşir. Xəbər almaq ayıb olmasın: müxalifətə münasibətdə uydurma siyasi bəyanatla hərəkətə keçən Baş prokurorluq bütün mənzərəsi ortada olan əsrin oğurluğuna münasibətdə niyə hərəkətsizlik nümayiş etdirir? Araşdırmalar zamanı aydın oldu ki, həmin 3 milyardlıq oğurluğun yarıba-yarısı, yəni 1,5 milyardı yalnız Baktelekom MMC adlı saxta bir şirkət tərəfindən ofşorlara ötürülüb. Həmin şirkətin yeri bəlli, ünvanı bəlli, meneceri bəlli, oğurladığı pulun həcmi bəlli, transfer bankların adı bəlli. Bu halda Baş prokurorluq öz hərəkətsizliyin nə ilə izah edir?

Böyük vəsaitlərin mənimsənilməsində ittiham edilən Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev son məhkəmə prosesindəki ifadələrində bəzi mətləblərə aydınlıq gətirdi. O, dedi: “Müəyyən “qırmızı xətlər” var ki, mən onları keçmək istəmirəm. Özünüz başa düşürsünüz və məni bunu etməyə məcbur etməyin. İstəyirsiniz, mən deyim ki, mənə kim göstəriş vermişdi bunu etməyə?” Bu halda prokurorluğun borcu idi ki, siyasi bəyanatları bir tərəfə qoyub öz işi ilə məşğul olsun, həmin “qırmızı xətlər”in haradan keçdiyini, bu göstərişin kim tərəfindən verildiyin aydınlaşdırsın. Cahangir Hacıyev ifadəsində bildirir: “Əgər bankdan 2 milyard yoxa çıxıbsa niyə məndən sonra bankın sağlamlaşdırılması üçün 12 milyard dollar ayrılıb. Hanı həmin vəsait? SOCAR-a 1,5 milyard ayrılıb, sonra onları siliblər. Hanı qalan 8 mlrd.? Əsl cinayət budur. Həmin milyardların yoxa çıxması bizdən sonra olub… Mənim vaxtımda Beynəlxalq Bankın aktivləri 7 milyard idi. Dövlət təşkilatlarına, bir də “Akkord”a verilən kreditləri çıxsaq, cəmi 2 milyard qalırdı.” Bəlkə, Baş prokuror qeyri-ciddi siyasi bəyanatlarla çıxış etmək əvəzinə bu milyardların taleyi ilə, məsələn “Akkord” şirkətinin kimə məxsus olması və Beynəlxalq Bankdan bir şirkətə nə üçün o boyda vəsaiti verməsi, həmin vəsaitlərin sonrakı taleyi məsələsinə aydınlıq gətirsin. Böyük həcmdə mənimsəmə məsələsində qanunun aliliyini təmin etmək əvəzinə Zakir Qaralov müxalifəti “icazəli mitinq keçirmək”lə vətəndaşların “istirahət hüququnu” pozmaqda günahlandırır.

Və bir də nəhayət cənab Qaralov bir dövlət orqanının iflasına gətirib çıxaran keçimiş MTN-nin natəmiz, qanunsuz hərəkətlərinə, korrupsiya və rüşvət əməllərinə şərik olmağı bir tərəfə qoyaq, niyə səssiz qalıb? Axı bu orqana nəzarət etmək bilavasitə prokurorluğun vəzifəsi idi. Minlərlə Azərbaycan vətəndaşı keçmiş MTN-in qanunsuz zorakı əməlləri ilə üzləşib, adamların əmlakı əlindən alınıb, küllü miqdarda rüşvət əməlləri baş verib, dövlətin təhlükəsizliyinə ağır zərbə vurulub. On ildən artıq davam edən belə qanunsuz özbaşnalığın qarşısını almaq üçün Baş prokurorluq nə edib, namuslu insanlara qarşı MTN tərəfindən göndərilən hansı ittihama yox deyib? Bəlkə, Qaralov bilavasitə xidməti vəzifəsi olan bu məsələlərə aydınlıq gətirsin?

Qanunun aliliyini təmin etməli olan cənab Qaralovdan soruşmaq lazımdır: birincisi, əgər xalqın konstitusyon hüququ kimi təsbit olunan “icazəli mitinq” vətəndaşların “istirahət hüququnu” pozursa, hakimiyyət orqanları ona bu icazəni niyə verir? İkincisi, 19 yanvar mitinqinin keçirilməsi zamanı asayişi təmin edən Bakı Baş Polis İdarəsi aksiyadan dərhal sonra məlumat yayıb ki, aksiya zamanı heç bir qanun pozuntusu qeydə alınmayıb. Üçüncüsü, Azərbaycan vətəndaşlarının yalnız “istirahət hüququ” yox, ləyaqətli həyat haqqına sahib olmaq, normal əmək haqqı, pensiya almaq, işlə təmin olunmaq, hökumətin yarıtmaz siyasətinə etiraz etmək, korrupsiya, büdcə talançılığına yox demək, hakimiyyətin mənimsənilməsi, seçki saxtakarlığına qarşı kütləvi aksiyalar keçirmək, 25 ildən artıq işğal altında olan torpaqların azad olunmamasının səbəbini sorğulamaq haqqı və hüququ da var. Yoxsa, cənab Qaralov “istirahət hüququ”ndan başqa, xalqın qalan hüquqlarını tanımır? Ona görə də o, belə qeyri-ciddi açıqlamaları ilə yalnız rəhbərlik etdiyi qurumu deyil, bütövlükdə dövləti ironiyaya çevirir. Hakimiyyətlərin iflası isə məhz, onun ironiyaya çevrilməsindən başlanır!

Paylaş:

Share

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Əli Kərimlinin alnına 9 tikiş vurulub-FOTO

AXCP sədri Əli Kərimlinin 19 oktyabr mitinqində həbs edləndən sonra polislərin döyməsi nəticəsində başından aldığı xəsarəti göstərən yeni foto yayılıb.…

22 Oktyabr 2019 5:17 axşam
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Əvəz Zeynallı Əli Kərimlini döyənlərdən yazdı

19 oktyabrda baş verən mitinqdə AXCP sədri Əli Kərimlinin polis tərəflərindən vəhşicəsinə döyülməsi ictimaiyyətdə geniş rezonans doğurub. Ölkə ictimaiyyətinin əksəriyyəti…

21 Oktyabr 2019 7:42 axşam
  • DÜNYA
  • XuralTAC

İspaniya diktatoru Frankonun nəşi yenidən müayinə olunacaq

İspaniyanın sabiq rəhbəri, general Fransisko Frankonun nəşi oktyabrın 24-də yenidən müayinə olunacaq. Xural.com DW xəbərə istinadən verir ki, hazırda Madrid yaxınlığındakı…

21 Oktyabr 2019 7:22 axşam
  • GÜNDƏM
  • XuralTAC

Əli Həsənov və Hacıbala Abutalıbov vəzifələrindən azad olundular-SƏRƏNCAM

Baş nazirin iki müavini - Əli Həsənov və Hacıbala Abutalıbov vəzifələrindən azad olunublar. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan…

21 Oktyabr 2019 7:17 axşam
  • GÜNDƏM
  • XuralTAC

Röya xalq artisti oldu

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının estrada ifaçılarına "Xalq artisti” fəxri adının verilməsi haqqında" sərəncam imzalayıb. Qaynarinfo xəbər verir ki, sərəncamla…

21 Oktyabr 2019 7:15 axşam
  • GÜNDƏM
  • XuralTAC

Ankaradan Əliyev hakimiyyətinə sərt təpki: “Xalqın səsini eşidin”

“Ölkəni yaşanmaz bir həbsxanaya çevirmək, Azərbaycanı idarə edənlər üçün bir üz qarasıdır” Məhəmməd Əmin Rəsulzadənin silahdaşı, Türkiyədə fəaliyyət göstərən Azərbaycan…

21 Oktyabr 2019 5:18 axşam
Xural.COM