Rubrikalar: GÜNDƏM XuralTAC

Ankaradan Əliyev hakimiyyətinə sərt təpki: “Xalqın səsini eşidin”

“Ölkəni yaşanmaz bir həbsxanaya çevirmək, Azərbaycanı idarə edənlər üçün bir üz qarasıdır”

Məhəmməd Əmin Rəsulzadənin silahdaşı, Türkiyədə fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyinin başqanı Cəmil Ünal dünən Azərbaycanda baş verən anti-demokratik hərəkətləri qınayan bəyanat yayıb.

Xural.com xəbər verir ki, Müsavat Partiyasından “Basta”ya təqdim olunan bəyanatda deyilir:

“19 oktyabr 2019-cu il tarixində, heç bir dağıdıcı və qanundan kənar hərəkətlərə yol vermədən, ölkənin düşdüyü vəziyyəti dilə gətirmək və fikirlərini Azərbaycan xalqıyla paylaşmaq, tələblərini hakimiyyətə çatdırmaq üçün təşkil edilən mitinqi qanlı bir şəkildə dağıtmaq, ölkəni yaşanmaz bir həbsxanaya çevirmək, Azərbaycanı idarə edənlər üçün bir üz qarasıdır. Dünyanın heç bir yerində və heç bir zaman, zülümlə ABAD olan bir ölkə olmadığı kimi, zülm və işgəncəni sistemin bir parçası halına gətirən rejimlərin də eyni aqibətlə sona çatdığı tarix boyunca görülən bir gerçəklikdir. Müxalifətin ifadə azadlığına məhəl qoymayan hakimiyyət, Stalin dövrünü xatırladan idarəçiliyi, insanlıqlarını itirmiş Türk düşməni polislərin əliylə Azərbaycan vətəndaşlarına rəva görməkdədir.

Bu rəftar, polisin şiddət dolu davranışı iqtidarın da sonunu hazırlamaqdadır.

Hörmətli İlham Əliyevə səslənirəm!

Bu anti-demokratik idarəçilik sizin iqtidarınızın da sonunu hazırlayacaqdır. İnsanların ən təbii haqqı olan toplaşmaq və söz azadlığını zor və şiddətlə yox etməyin. Xalqın səsi və tələblərini eşidin! Həbs edilənləri ən qısa zamanda sərbəst buraxın.

100 il öncə Məhəmməd Əmin Rəsulzadənin bütün insanlığa həsr etdiyi “İnsanlara Hürriyyət, Millətlərə İstiqlal!” şüarını öz millətinizdən ölkənizdən əsirgəməyin.

Demokratiya mücadiləsi aparan və bugünkü mitinqdə iştirak edən qurum və partiya təmsilçilərini ürəkdən salamlayır, Can Azərbaycanımıza haqq etdiyi aydınlıq dolu gələcək diləyirəm”.

Qeyd edək ki, Cəmil Ünal Məhəmməd Əmin Rəsulzadənin Türkiyədə fəaliyyət göstərən zaman silahdaşlarından biridir, Türkiyə Böyük Millət Məclisinin Qarsdan millət vəkili olub, Müsavat Partiyasının Azərbaycana təhvil verilməsində və 1992-ci ildə Bakıda keçirilən Bərpa Qurultayında Məhəmməd Əmin Rəsulzadənin digər silahdaşlarıyla birlikdə iştirak edib. Cəmil Ünal Məhəmməd Əmin Rəsulzadənin Türkiyədə yaratdığı Azərbaycan Kültür Dərnəyinin hal-hazırda başqanıdır.

Paylaş:

This post was last modified on 21 Oktyabr 2019 5:18 axşam

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Müstəqil media ölümlə təhdid olunur: Zaur Qəriboğlu, indi də hədəfdə Əvəz Zeynallı!-VİDEO

Reaksiya TV-nin efirində növbədənkənar canlı yayın oldu və Əvəz Zeynallıya qarşı "Frenk Elkaponi" ləqəbli Fizuli Məmmədovun adamları tərəfindən ölüm təhdidi…

24 May 2020
  • CƏMİYYƏT
  • GÜNDƏM
  • XuralTAC

“İmamzada” 200 gəncəli ailəyə Ramazan yardımı göndərdi-FOTOLAR

"Müqəddəs Ramazan ayının son günündə Gəncə şəhərində yerləşən tarixi "İmamzada" kompleksi tərəfindən şəhərin yardıma ehtiyac hiss olunan 200 ailəsinə Ramazan…

24 May 2020
  • GÜNDƏM
  • XuralTAC

Arif Seyidovun gözqamaşdıran sərvəti

Prezident İlham Əliyevin mayın 22-də imzaladığı sərəncamla Arif Seyidov Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Oxu.Az-ın məlumatına görə,…

22 May 2020
  • GÜNDƏM
  • XuralTAC

Rüstəm Usubov şair kimi cavab verdi: “Bundan sonra nə olacaq, bilmirəm”

“Ortada Prezident sərəncamı varsa, buna hansı şərh vermək olar. Artıq Baş Prokurorun birinci müavini deyiləm”. Bu sözləri "Gununsesi.org"un sorğusuna cavab…

22 May 2020
  • GÜNDƏM
  • XuralTAC

Almaniya “DQR nümayəndəsi”nin fəaliyyətini qadağan etdi

Məlumdur ki, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin əsaslarından biri və beynəlxalq aləmdə əsaslandırılması Azərbaycanın işğal olunmuş ərazilərində kukla…

22 May 2020
  • ARAŞDIRMA
  • GÜNDƏM
  • XuralTAC

Tramp “köhnələr”ə qarşı savaş açdı – həbslər gözlənilir-ARAŞDIRMA

Ərgün Dilər “Takvim”, Türkiyə, 21 may 2020-ci il   Zirvədə gedən savaşı anlaya bilməsək, ətrafımızda baş verənləri anlamaq şansımız heç…

22 May 2020
Xural.COM