“Cəhənnəm sakinləri…” +FOTOLAR

1N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında yeni tamaşa

26 may tarixində N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrındayeni tamaşanın premyerası keçirilib. Xalq yazıçısı Elçinin eyniadlı pyesi əsasında hazırlanan “Cəhənnəm sakinləri” adlı tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. İki hissəli dram janrında hazırlanan səhnə əsərində Xalq artistiQabil Quliyev (Kişi), Əməkdar artist Adil Zeynalov (Zabit), aktyorlar Qızılgül Əliyeva (Qadın), Aynur Əhmədova(Gənc qadın), Əbülfəz Axundov (Qonaq) vəTərlan Abdullayev (Pioner)çıxış edirlər.

Xural.com-a AMDT-nın mətbuat xidmətindən verilən məlumata görə, tamaşanı izləyənlər arasında rayonun teatr ictimaiyyəti ilə yanaşı, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və aparat üzvləri, Bakı teatrlarının nümayəndələri də olublar.

Tamaşa tariximizə qanlı hərflərlə yazılmış dəhşətli və qorxulu repressiya dövrünün acı həqiqətlərindən bəhs edir. Yaradıcı kollektiv dövrün mürəkkəbliklərinə baxmayaraq, isti və normal münasibətlərini qoruyub saxlayan azərbaycanlı ziyalı ailəsində ərlə-arvadın təzadlı tale yoluna güzgü tutaraq, tamaşaçıları xeyirxahlığa, yaxşılığa, mərhəmətli olmağa səsləyir. Səhnə əsərində cərəyan edən dramatik hadisələr, eləcə də birmənalı yozula bilinməyəcək obrazlarreal və irreal dünya arasında körpü yaradır.

Rejissor konkret olaraq, 1937-ci ili, Stalin dövrünün hadisələrini deyil, ümumilikdə insan taleyini, dəhşətli mənəvi ortamda qəhrəmanların yaşadıqları hissləri, insanın qorxularını yozumunun mərkəzinə qoyub.

XuralTAC

1 cehennem-sakinleri2 cehennem-sakinleri3 cehennem-sakinleri4 cehennem-sakinleri6

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button