“Cənubi Qafqaz üzrə siyasi və iqtisadi etüdlər”

“Политические и экономические этюды по Южному Кафказу”

 Хроника с 1850 по 2010 гг

 * Nobel  qardaşları ilə bağlı bir məsələni qeyd etmək yerinə düşər. “Nobel qardaşları şirkəti” o zamanlar erməni sahibkarlarla çox yaxın əməkdaşlıq edirdilər və Tağıyevi neft biznesindən sıxışdırıb çıxarmaq istəyirdilər. İstədiklərinə nail oldular, Tağıyev öz aksiyalarını 5 milyon rubla satdı. Bu haqda nobelçilər susmağa çalışırlar.

* Çox maraqlıdır, Lenin, Stalin, Çörçill və başqaları ağır vəziyyətlərdə fərqli düşünsələr də, bir məsələdə eyni fikrə gəlirdilər; əgər Bakı nefti onların maraqlarına xidmət etmirsə, Bakını yandırmaq lazımdır. Doğrudan da Bakı – “paradoksların dostudur”.

* Pompeyevin yazdığına görə, “Anastas Mikoyan SSRİ Ali Sovetinin Prezidiumunun sədri olandan sonra N.S.Xruşşova 1964-cü ildə on il qabaq  Krımın müvəffəqiyyətlə Ukraynaya verilmə təcrübəsindən istifadə edərək DQMV-i Ermənistana birləşdirmək təklifi vermişdi. Xruşşov səhih məlumatlara əsasən, bir az hövsələsiz şəkildə “Mən Ermənistana – erməniləri bir gün ərzində DQMV-dən Ermənistana köçürmək üçün 12 min hərbi yük maşını verə bilərəm!”

* Yüksək vəzifədə işləyən ermənilərin Qarabağ hərəkatına köməyi hər bir məsələdə hiss olunurdu. “Mən Eqor Kuzmiç ilk əvvəl erməniyəm, sonra kommunist” sözləri Aqanbekyana məxsusdur ( Amma hansı bir Azərbaycanın tanınmış siyasi və içtimayi xadımı, incəsənət xadımı  hamının qarşısında “Mən əvvəl azərbaycanlıyam, sonra kommunist”  demişdi? Tərsinə isə deyərdilər).

“ Otur və sus” deyə Qorbaçov xalq deputatlarının iclasında tanınmış Azərbaycan yazıçı-funksionerinin üstünə qışqırırdı. Yazıçı sözsüz oturdu, yerində sıxıldı və necəsə lap balacalaşdı.

* Erməni yazıçı-deputatlar özlərinə qarşı bu cür hərəkətləri əvvəlcədən kəskin şəkildə qabaqlayaraq Qorbaçovla qəti və mövzuyla bağlı dialoqa girdilər. Erməni deputatları heç nədən utanmır, qurultayda və mətbuat konfranslarında kəskin çıxışlar edirdilər. Deputat Anardan soruşanda ki, nəyə görə erməni deputatların çıxışlarına adekvat cavab vermir, o dedi “ Buna mənim tərbiyəm yol vermir”. O, yaddan çıxarmışdı ki, əsilzadə qızların pansionatında deyil, siyasi döyüş meydanında idi. Şahidlərin dediyinə görə, SSRİ xalq artisti Rəşid Behbudov hələ yanvar hadisələrindən xeyli əvvəl elə bil təhlükə hiss edərək, Qorbaçovla sərt diskussiyaya girmişdi.

* “Stalin seminariyada oxumuşdu və özündən sonra böyük bir dövlət qoydu. Qorbaçovda isə iki ali məktəb diplomu var idi və o, dövləti dağıtdı”. Leonid Vladimiroviç Şebarşin, general- leytenant, KQB SSRİ-nin Birinci Baş İdarəsinin əski rəisi (xarici kəşfiyyat).

* Fridrix Enqelsin fabriklərində fəhlələr ağır şəraitdə gündə 13 saat işləyirdilər. Qazandıqları pullar onların yeməyinə ancaq çatırdı. Enqelsin fabrikində fəhlələri hər bir xırda şeyə görə cəzalandırır və onsuz da cüzi olan qiymətləri daha da aşağı salırdılar. Acımasız sürətdə istismar etdiyi fəhlələrin hesabına qazandığı pullarla Enqels Marksı pulla təmin edirdi. Marksın özü heç vaxt işləmədiyinə baxmayaraq, kapitalistlərin əllərindən fabriklərini almağa çağırırdı, lakin Paris kommunası vaxtında Karl Marks heç də barrikadalara tələsmirdi, o, kommunarlara Londondakı evindən məktublar yazırdı.

* Amerika prezidenti Vudro Vilson deyirdi, “Millətin şərəfi millətin xöşbəxtliyindən, hətta onun varlığından belə önəmlidir.”  O, dediyi sözün qiymətini bilən idi.

* Azərbaycanda korrupsiya həmişə “yaxşı” səviyyədə olub, bu gün isə o təzə, yuxarı səviyyəyə çıxıb.

* Almanlar Moskvaya  yaxınlaşanda naməlum mühəndisin məşhur bir kəlamı vardı, “hücuma başlamaq üçün kimsə birinci ayağa qalxmalıdır”. Azərbaycanda Sovet  imperiyasına qarşı, azadlıq uğrunda ilk ayağa qalxan Elçibəy oldu.

* Prinsipial və əsasən ardıcıl siyasətçilər Lalə Şövkət və Əli Kərimlidir. Onların siyasi dünyagörüşləri ilə razılaşmaq və ya razılaşmamaq olar. Müəllif özü də çox yerdə onlarla razılaşmır. Siyasi sərtlik və ardıcıllıqları ilə onlar diqqət çəkirlər.

* Hakimiyyətə real müxalif olmaq ağır zəhmətdir. Şən, hazırcavab, qırmızıyanaq, sağlam “müxalifətçilər”-in bu sənətə heç bir dəxli yoxdur. Bəzi ağızlarında qəlyan olan real müxalifətçilərin sakitliyinə aldanmayın, bu, tamaşaçılar üçündür.

* Qeyd etmək lazımdır ki, illərdir bəzi qəzet və agentliklər var ki, öz müstəqilliklərini hakimiyyətdən və oliqarxlardan göz bəbəyi kimi qoruyurlar. Bunlar “Turan” agentliyi, “Azadlıq”, “Xural”, “Zerkalo” və başqalarıdır. Onların bəziləri hakimiyyətə qarşı daha aqressiv, bəziləri isə az aqressiv olmalarına baxmayaraq, onları eyniləşdirən bir cəhət var – onlar müstəqildirlər.

 Kitabdan seçmələri hazırladı:

Nurəddin Xoca

Xural” qəzeti,

İl: 9, sayı: 033 (441),28 avqust – 03 sentyabr 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button