Cəzaçəkmə müəssisəsində məhbuslardan işıqpulu yığırlar

6 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhbuslardan işıq pulu yığılır. Bu haqda “Azadliq.info”ya həmin müəssisədə cəza çəkən məhbusların yaxınları məlumat verib.
Onlar bildirir ki, cəzaçəkmə müəssisəsinin rəhbərliyi istifadə olunan elektrik enerjisinin pulunun ödənilməsində çətinlik yarandığını bildirirb. Deyilib ki, xüsusən qış aylarında qızdırıcı cihazlara görə işıqpulu daha çox olur. Ona görə də dustaqların hərəsindən 20 manat toplanmasına qərar verilib.
Məhbus yaxınları bu yığımdan narazıdır. Bildirirlər ki, onsuz da qida təminatı məhkumların ailə üzvlərinin üzərindədir.
“Səhərlər adi pendir belə, verilmir. Barmaq ucu boyda yağ verilir. Bəs hara gedir məhbusların saxlanmasına ayrılan pullar? İndi də işıqpulunu məhbuslara ödətdirirlər. Bəs bunlara nəzarət edənlər hara baxır?”, – deyə narazılıqlarını ifadə edirlər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button