Cəzaçəkmə müəssisəsində qətl hadisəsi baş verib

img1868359Azərbaycanda cəzaçəkmə müəssisəsində qətl hadisəsi baş verib.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Famil Hüseynovla digər məhkum Həsən Əliyev arasında mübahisə baş verib.
Nəticədə F. Hüseynov yeməkxanadan götürdüyü bıçaqla H. Əliyevi bıçaqlayaraq qətlə yetirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Qətllə bağlı məlumatı ilk olaraq haqqin.az saytı yayıb

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button