Cabbar Savalanlı 10 saylı həbsxanada!

cabbar savalanlıGənc fəal, AXCP Gənclər təşkilatının həbsdə olan üzvü Cabbar Savalanlı saxlanıldığı Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasından 10 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Bu barədə RATİ-yə C.Savalanlının vəkili Anar Qasımov məlumat verib.

Vəkil A.Qasımov  bildirib ki, cəzaçəkmə müəssisəsində Cabbar Savalanlı ilə görüşüb və gənc fəal ona vəziyyətinin normal olduğunu bildirib.

Anar Qasımov qeyd edib ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti hazırlanıb və şikayət gələn həftə Ali Məhkəməyə təqdim ediləcək.

Xatırladaq ki, Cabbar Savalanlı fevralın 5-də qanunsuz narkotik saxlamaq ittihamı ilə həbs edilib. Cabbar Savalanlıya Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb. Sumqayıt Şəhər Məhkəməsi Cabbar Savalanlının 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə 4 may 2011-ci ildə hökm verib. 26 iyul 2011-ci il tarixdə isə Sumqayıt Apellyasiya Məhkəməsi Sumqayıt Şəhər Məhkəməsinin çıxardığı hökmün qüvvədə saxlanılması barədə qərar verib.

Lakin onun sosial şəbəkələrdə iqtidar əleyhinə səsləndirdiyi fikirlərə görə həbs olunmağı istisna edilmir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button