Rubrikalar: CƏMİYYƏTXuralTAC

Cahangir Əsgərovun qızının milyonları üzə çıxdı

AZAL prezidenti Cahangir Əsgərovun qızı Cəmilə Əsgərova Londonda daha bir şirkət açıb.
Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkədəki səhifəsində yazı və sənədlər paylaşıb.
O bildirib ki, sənədlərə görə 1983-cü il avqust təvəllüdlü, Bakı şəhəri Bülbül prospekti 18 ünvanında qeydiyyatda olan Cəmilə Əsgərovaya aid SOROKA LIMITED bu ilin yanvarın 16-da qeydiyyatdan keçib və 11770826 saylı lisenziya alıb.
Qeydiyyat ünvanı 15 Bury Walk, London, United Kingdom, SW3 6QD göstərilir:
“Şirkətin xüsusu ticari fəaliyyətlə məşğul olacağı qeyd olunur.
Cəmilə Əsgərovanın Londondakı digər şirkəti GAZELLI INTERNATIONAL LIMITED (qeydiyyat nömrəsi 06401786) hələ 2007-ci ilin 17 oktyabrından fəaliyyətdədir və baş ofisi eyni ünvanda (15 Bury Walk, London, SW3 6QD) yerləşir. GAZELLI INTERNATIONAL LIMITED ətriyyat və kosmetik vasitələrin topdan satışı, reklam fəaliyyəti ilə məşğuldir.
GAZELLI INTERNATIONAL LIMITED-in reyestrə daxil olan 31 oktyabr 2017-ci ilə aid maliyyə hesabatına görə, şirkətin ümumi aktivlərinin həcmi 14 miyon 141 min 159 funt sterlinq və ya 18.4 milyon dollar təşkil edib.
AZAL şefinin 1987-ci il təvəllüdlü digər qızı Məlahət (Mila) Əsgərovanın da Londonda şirkətləri var. Onun rəhbərlik etdiyi GAZELLI ART HOUSE LIMITED (qeydiyyat nömrəsi 07319737) 20 iyul 2010-cu ildən fəaliyyətdədir. Qeydiyyat ünvanın: 52 New Town, Uckfield, East Sussex, United Kingdom, TN22 5DE.
Şirkətin 1 oktyabr 2018-ci ildə reyestrə daxil olan maliyyə sənədlərinə görə, qarışıq aktivlərinin həcmi 31 milyon 495 min 464 funt sterlinq və ya 41 milyon dollar olub. Bunun 19 milyon 586 min 380 funt sterlinqini daşınmaz əmlaka yatırılan investisiya təşkil edib.
Məlahət Əsgərovaya aid SET INTELLIGENCE LIMITED (qeydiyyat nömrəsi 09822931) 2016-cı il sentyabrın 13-də qapadılıb.
14 noyabr 2013-cü ildə qeydiyyatdan keçmiş C3 – CIII LIMITED şirkəti (qeydiyyat nömrəsi 08775767) isə 2018-ci ilin yanvarın 23-də fəaliyyətini dayandırıb.
AZAL şefinin həyat yoldaşı Zərifə Həmzəyevanın Tiflisdəki və Batumi şəhərində tikdirdiyi 31 milyon dollarlıq oteli barədə də geniş yazılıb.
Amma bunlar hamısı deyil, Cahangir Əsgərovun ispan və ingilis damadlarının da adlarına çoxsaylı şirkətlər var. Həm də damad stutusu qazanandan sonra açdıqları şirkətlər”.
İddaialarla bağlı qarşı tərəfin münasibətini də dərc etməyə hazırıq.

Sfera.az
Paylaş:

This post was last modified on 22 Aprel 2019 2:44 səhər

Share

Son Əlavələr

“MƏN OXUDUM, SƏN DƏ OXU!” – FOTO/VİDEO

Son vaxtlar uşaq və gənclərin ənənəvi mütaliəyə meyli azalıb. Onların getdikcə kitab oxumaqdan uzaq düşməsi şübhəsiz ki, cəmiyyətə yaxşı heç…

23 May 2019 1:13 axşam

“HAQQINA SAHİB ÇIX!” kampaniyası çərçivəsində jurnalistlər üçün təlim olacaq-31 may-02 iyun!

Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) tərəfindən təşkil olunan “HAQQINA SAHİB ÇIX!” KAMPANİYASI çərçivəsində jurnalistlər üçün reproduktiv sağlamlıq və hüquqlar…

23 May 2019 11:44 səhər

Qəbul imtahanında maksimum bal yığan abituriyentin kimliyi məlum olub-FOTO

Sumqayıt şəhər Texniki və təbiət elmləri liseyinin şagirdi Tofiq Muxtasanov I ixtisas qrupu üzrə qəbul imtahanında maksimum nəticə əldə edib.…

23 May 2019 11:23 səhər

Türkiyə uğrunda böyük savaşın yeni raundu-23 iyun seçkiləri

Ergün Diler “Takvim”, Türkiyə, 21 may 2019-cu il   Bəzi ağıllı insanlar, ailələr və mərkəzlər var ki, dünyanın gedişatını dəyişdirmək…

23 May 2019 11:07 səhər

“Eurovision-2019″da səslər yenidən sayıldı: Azərbaycan 8-ci yerə düşdü

İsrailin Tel-Əviv şəhərində keçirilən “Eurovision-2019” beynəlxalq mahnı müsabiqəsinin təşkilatçıları tamaşaçı səslərinin nəticələrini yenidən hesablayıblar. Bu barədə Avropa Yayım Birliyi (EBC)…

23 May 2019 11:04 səhər

Fuad Abbasov mayın 28-dən öncə ekstradisiya oluna bilər: Vəkilindən son məlumat

“Fuad Abbasov mayın 28-dən öncə Azərbaycana ekstradisiya edilə bilər”. Bu sözləri “Yeni Müsavat”a açıqlamasında Rusiya Daxili İşlər Nazirliyinin Ximki şəhəri…

23 May 2019 11:01 səhər
Xural.COM