Rubrikalar: İQTİSADİYYAT XuralTAC

Cahangir Hacıyev 42 milyonluq təyyarəni necə alıb?

Bir neçə ay öncə Britaniya KİV-ləri xəbər vermişdilər ki, Azərbaycan Beynəlxalq Bankının keçmiş başçısı Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın çoxmilyonluq əmlakı arasında özəl “Gulfstream G550” təyyarəsi də var. Azərbaycanlı blogger Cavanşir Həsənli Cahangir Hacıyevin həmin təyyarəni necə əldə etməsi ilə bağlı sənədləri yayımlayıb.

Bu sənədlərə əsasən, ABB-nin keçmiş rəhbəri özəl təyyarəni “Gulfstream Aerospace” korporasiyasına 2011-ci ildə sifariş edib və artıq 2013-cü ildə ona görə 42,5 milyon dollar ödəyib. Müqavilədə o da göstərilir ki, alıcı hər hansı bir səbəbdən təyyarəni almaqdan imtina edərsə, 7 milyon dollar məbləğində cərimə ödəməlidir.

Hazırda qiyməti 65 milyon dollar olan “Gulfstream G550” 2003-cü ildən istehsal olunur. Onun əlavə yanacaq doldurmadan havada qalma müddəti 13-14 saatdır və bu, misal üçün, Moskvadan Los-Ancelesə birbaşa uçmaq imkanı verir. 15500 metr hündürlükdə başqa heç bir uçuş aparatı olmadığı üçün saatda 904 kilometr sürət vaxta qənaət etməyə imkan verir. G550-nin adi sərnişin tutumu 12-14 nəfərdir.

Virtualaz.org-ın məlumatına görə, blogerin dərc etdiyi sənədlərdə təyyarəyə görə ödənişin hansı şirkət vasitəsilə edildiyi məlum olmur (şirkətin adının üstü bağlıdır). Qeyd olunur ki, həmin şirkət Cahangir Hacıyevin yaxın ətrafından olan insanın adına rəsmiləşdirilib. Şirkətin hüquqi ünvanı belədir: Bakı şəhəri, M.Əliyev küçəsi, 130.

Maraqlıdır ki, Cahangir Hacıyevin adı həmin şirkətin həmtəsisçilərinin siyahısından həbs edildikdən 5 ay sonra çıxarılıb.

Bloger Cavanşir Həsənli qeyd edir ki, hazırda həmin şirkəti Londonda yaşayan azərbaycanlı idarə edir. Bu şəxs haqqında məlumdur ki, o, Qərb Universitetinin (keçmiş ekologiya naziri Hüseynqulu Bağırovun sahib olduğu ali məktəb) məzunudur, hazırda Cahangir Hacıyevin Avropadakı çoxsaylı şirkətlərini idarə edir.

Paylaş:

Share

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

“26-lar” kafesinin sahibinin oğlu, “Gelandevagen”li Qasımov niyə bıçaqlanıb?

Sökülən qalmaqallı "26-lar" kafesinin sahibinin oğlu və dostu bıçaqlanıb. Onları bıçaqlayan da elə öz dostları imiş. Musavat.com-un eksklüziv olaraq əldə…

21 Oktyabr 2019 12:41 səhər
  • GÜNDƏM
  • XuralTAC

BŞBPİ: “Təşkilatçılar və fəal iştirakçılar da daxil olmaqla 60 nəfər saxlanılıb”

Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuranın aksiyası ilə bağlı məlumat yayıb. İdarədən verilən məlumatda bildirilir ki, özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran…

19 Oktyabr 2019 7:56 axşam
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Pənah Hüseyn həbs olundu!

Bakıda sanksiyasız aksiyalar keçirilən zaman prosesi müşahidə etmək üçün şəhərin mərkəzinə gələn sabiq baş nazir Pənah Hüseyn saxlanılıb. Bu barədə…

19 Oktyabr 2019 7:50 axşam
  • GÜNDƏM
  • XuralTAC

Əli Kərimlinin həbs olunduğu bildirilir

Partiya sədri mitinqə getmək üçün evindən çıxarkən zorla maşına mindirilib AXCP sədri Əli Kərimlinin zorla maşına mindirilərək aparıldığı bildirilir. Məlumatı…

19 Oktyabr 2019 7:40 axşam
  • GÜNDƏM
  • KÖŞƏ YAZARLARI
  • XuralTAC

Sevil Nuriyeva yazır: “Türk Birliyinin qurulması şərt oldu”

Sevil Nuriyeva İsmayılov snuriyeva@stargazete.com İstanbul, “Star” qəzeti   Elimizde öteden beri ciddi argümanlardan biri var. Orta Asya, Kafkasya, Türkiye ve…

19 Oktyabr 2019 11:51 səhər
  • GÜNDƏM
  • XuralTAC

İşdən azad olunan müəllimədən İlham Əliyevə ritorik suallar…

Dillər Universitetinin rektoru Kamal Abdullanın uydurma bəhanələrlə işdən çıxardığı Pərvin Mürsəlova İlham Əliyevin keçirdiyi son müşavirədən sonra maraqlı status paylaşıb.…

19 Oktyabr 2019 4:26 səhər
Xural.COM