Rubrikalar: CƏMİYYƏTXuralTAC

Cahangir Hacıyevin bacısı aeroportda saxlandı-FOTO

Beynəlxalq Bankın həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılaraq, geri qaytarılıb. Ə.Hacıyeva Gürcüstana getmək istəyirmiş.

Ə.Hacıyeva özü də Bizimyol.info-ya xəbəri təsdiqləyib. Bildirib ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qardaşı C.Hacıyevin işi üzrə istintaq aparılarkən iki il əvvəl onun da ölkədən çıxışına məhdudiyyət qoyulub. Bu məhdudiyyətlə əlaqədar əvvəlcə yerli məhkəmələrə, daha sonra Avropa Məhkəməsinə şikayət edib.

Avropa Məhkəməsi ötən il dekabrın 13-də onun şikayəti üzrə qərar verərək, ölkədən çıxışına məhdudiyyəti hərəkət azadlığının pozuntusu kimi qiymətləndirib. Bu ilin yanvarında 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi yenidən bu məsələyə baxıb. Hakim Xaliq İmanov məhdudiyyət qərarını qanunsuz hesab edib: “Məhdudiyyətin götürüldüyünü nəzərə alıb, müalicəyə getmək istəyirdim. Hava limanında sərhəd xidmətində bildirdilər ki, Daxili İşlər Nazirliyi tərəfindən məhdudiyyət qoyulub”.

Ə.Hacıyeva martın 28-də Prezident İlham Əliyevə və daxili işlər naziri Ramil Usubova məktub göndərib. Nazirdən ölkədən çıxışına məhdudiyyət qərarının ləğvini xahiş edən keçmiş bankirin bacısı prezidentdən də kömək istəyib: “2018-ci il sentyabrın 15-dən qardaşımla görüşə, telefonla danışa bilmirəm. Notariat əməliyyatları aparmaq belə mənə yasaq edilib. Anamın vəfatından sonra vərəsəlik şəhadətnaməsini belə ala bilmirəm, notariuslar bu əməliyyatı həyata keçirməkdən imtina edir. Cənab prezident, bütün bunlara son qoyulmasında bizə köməklik göstərilməsini Sizdən xahiş edirəm”.

C.Hacıyev 2015-ci il dekabrın 5-də həbs olunub. O, Beynəlxalq Bankın vəsaitlərinin mənimsənilməsində təqsirli bilinərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 15 il azadlıqdan məhrum edilib. Hazırda bu məhkəmədə yenə də C.Hacıyevin mühakiməsi gedir. Haqqındakı ikinci cinayət işində C.Hacıyev dostu, keçmiş deputat Dünyamin Xəlilovun vasitəsilə yaradılan şirkətlərə bankdan milyonlarla kredit ayırıb onları birlikdə mənimsəməkdə ittiham olunur.

Paylaş:

Share

Son Əlavələr

“MƏN OXUDUM, SƏN DƏ OXU!” – FOTO/VİDEO

Son vaxtlar uşaq və gənclərin ənənəvi mütaliəyə meyli azalıb. Onların getdikcə kitab oxumaqdan uzaq düşməsi şübhəsiz ki, cəmiyyətə yaxşı heç…

23 May 2019 1:13 axşam

“HAQQINA SAHİB ÇIX!” kampaniyası çərçivəsində jurnalistlər üçün təlim olacaq-31 may-02 iyun!

Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) tərəfindən təşkil olunan “HAQQINA SAHİB ÇIX!” KAMPANİYASI çərçivəsində jurnalistlər üçün reproduktiv sağlamlıq və hüquqlar…

23 May 2019 11:44 səhər

Qəbul imtahanında maksimum bal yığan abituriyentin kimliyi məlum olub-FOTO

Sumqayıt şəhər Texniki və təbiət elmləri liseyinin şagirdi Tofiq Muxtasanov I ixtisas qrupu üzrə qəbul imtahanında maksimum nəticə əldə edib.…

23 May 2019 11:23 səhər

Türkiyə uğrunda böyük savaşın yeni raundu-23 iyun seçkiləri

Ergün Diler “Takvim”, Türkiyə, 21 may 2019-cu il   Bəzi ağıllı insanlar, ailələr və mərkəzlər var ki, dünyanın gedişatını dəyişdirmək…

23 May 2019 11:07 səhər

“Eurovision-2019″da səslər yenidən sayıldı: Azərbaycan 8-ci yerə düşdü

İsrailin Tel-Əviv şəhərində keçirilən “Eurovision-2019” beynəlxalq mahnı müsabiqəsinin təşkilatçıları tamaşaçı səslərinin nəticələrini yenidən hesablayıblar. Bu barədə Avropa Yayım Birliyi (EBC)…

23 May 2019 11:04 səhər

Fuad Abbasov mayın 28-dən öncə ekstradisiya oluna bilər: Vəkilindən son məlumat

“Fuad Abbasov mayın 28-dən öncə Azərbaycana ekstradisiya edilə bilər”. Bu sözləri “Yeni Müsavat”a açıqlamasında Rusiya Daxili İşlər Nazirliyinin Ximki şəhəri…

23 May 2019 11:01 səhər
Xural.COM