Rubrikalar: GÜNDƏM KRİMİNAL XuralTAC

Cahangir Hacıyevin cəzası 1 il 6 ay artdı=16 il 6 ay!

Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev və onunla birlikdə mühakimə olunan 21 nəfər barəsindəki cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org-un xəbərinə görə, prosesdə hökm oxunub. Hökmə görə, Cahangir Hacıyevin əvvəlki cəzasını toplanmaqla 16 il 6 ay, sabiq deputat Dünyamin Xəlilov 14 il 6 ay, C.Hacıyevin bacanağı İsmayıl Hidayətzadə isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Digər təqsirləndrilənlərə şərti cəza verilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər CM-nin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 213 (vergidən yayınma) və başqa maddələri ilə ittihamlar olunublar.

Zərərçəkmiş qismində “Azərbaycan Beynəlxalq Bankı” ASC, Vergilər Nazirliyi və “Aqrokreditbank” tanınıb.

Xatırladaq ki, bundan əvvəlki cinayət işi üzrə Cahangir Hacıyevə 15 il həbs cəzası verilmişdi. Beləliklə, ikinci cinayət işi üzrə məhkəmənin hökmünə əsasən onun həbs müddəti 1 il 6 ay artmış olub.

Prokuror  Cahangir Hacıyevin əvvəlki cəzası ilə birlikdə qəti olaraq 17 il, sabiq deputat Dünyamin Xəlilovun isə əvvəlki cəzası ilə toplamaqla qəti olaraq 15 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror təqsirləndirilən şəxslərdən İsmayıl Hidayət-zadəyə isə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini istəmişdi.

Bu işdə adına şirkət açılan və bu yolla da bankdan milyonlarla manatın çıxarılmasına şərait yaradan digər təqsirləndirilənlər Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimov barəsində isə şərti cəza təyin edilməsi istənilib.

Rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə, ümumilikdə, 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasına, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Paylaş:

This post was last modified on 6 Sentyabr 2019 2:38 səhər

Share

Son Əlavələr

  • MƏDƏNİYYƏT
  • XuralTAC

Səadət Cahangir şeiri: ““Hardasan” çağır, gəlim”

Bu yağmurlu gecədə “hardasan” çağır, gəlim, bir dayanacaqda dur, çətir aç, yağır, gəlim... çağır, bəlkə bu küçənin kənarından keçirsən, qısıldığım…

23 Sentyabr 2019 1:39 axşam
  • SİYASƏT
  • XuralTAC

Fuad Əliyev: “İsraildə səfirliyimiz açılmalıdır”

Azərbaycan Liberal demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib. Xural.com xəbər verir ki, iclasda ictimai-siyasi vəziyyət, dekabrda…

23 Sentyabr 2019 12:51 axşam
  • GÜNDƏM
  • XuralTAC

Fəalın həbs müddəti bitib, amma azadlığa buraxılmır

Sentyabrın 2-də 15 gün müddətinə həbs edilmiş ictimai fəal Rafael Hüseynzadənin inzibati həbs müddəti sentyabrın 17-də başa çatıb. Həbs müddətinin…

23 Sentyabr 2019 1:38 səhər
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Əfqan Muxtarlı həbsdə aclıq aksiyasına başlayıb

16 saylı koloniyada cəza çəkən jurnalist Əfqan Muxtarlı bu gün aclıq elan edib. O, qanunsuzluğa və vəkili Nemət Kərimliyə fiziki…

23 Sentyabr 2019 1:35 səhər
  • GÜNDƏM
  • XuralTAC

Vurğun Əyyubun səhhəti ağırlaşıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sabiq rəhbəri Vurğun Əyyubun səhhəti ağırlaşıb. Bu barədə APA-ya Vurğun Əyyubun əmisi oğlu İsmayıl Əyyub…

22 Sentyabr 2019 11:14 axşam
  • GÜNDƏM
  • XuralTAC

Rövnəq Fatehin İstanbulu “fəth etmək” savaşı

  Neft maqnatı azərbaycanlı iş adamlarının hotelini əllərindən necə alıb?   Bizim məmurların “mədəsi ilə beyni arasında rabitə itdiyinə” görə,…

22 Sentyabr 2019 2:31 səhər
Xural.COM