Cavab haqqı

Çingiz Məmmədov haqqında yazılan yazılara reaksiya bildirdi…

“Xural” qəzeti bir media təsisatı olaraq məhz ilk nömrəsindən xalqa açıq mövqeyi ilə öz müstəqilliyini daim qoruyub saxlayıb. Redaksiyamıza daxil olan məlumatlar davamlı olaraq çeşidlənir, dəqiqliyi yoxlanıldıqdan sonra çapa imzalanır. Lakin bəzən informasiyaları dəqiqləşdirməkdə sözün əsl mənasında zorluqlar çəkirik. Mənbənin verdiyi informasiyaları dəqiqləşdirmək üçün fərd və ya hər hansı hüquqi təsisatla əlaqələr qurmaq əsl problemə çevrilir. Dəfələrlə etdiyimiz cəhdlərə baxmayaraq, ya telefonlarımıza cavab verilmir və ya münasibət bildirilməkdən imtina edilir. Nəhayətdə dərc olunan informasiya tərəflər arasında müəyyən narazılıqlar yaradır.

“Azərbaycan Dövlət Dəmir Yolları” QSC-nin departament rəisi Ç.Məmmədovla bağlı redaksiyamıza davamlı daxil olan informasiyaları dəqiqləşdirmək də mümkün olmadığı üçün bir müddət əvvəl əldə edilən informasiyaların dərcinə başladıq.

Amma bir neçə gün öncə nəhayət əməkdaşımız cənab Ç.Məmmədovla əlaqə saxlamağa nail oldu. Haqqında yayılan informasiyalara münasibət bildirən cənab Ç.Məmmədov belə informasiyaların onda yalnız təəssüf hissi yaratdığını və bu işin bəzi bədxahlar tərəfindən dövriyyəyə məqsədli şəkildə buraxıldığını bildirdi. Biz də öz növbəmizdə məlumat aldığımız mənbələrimizə daha diqqətli olmağı tövsiyə edirik.

Xural” qəzeti,

İl: 9, sayı: 031 (439),14-20 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button