Cavid Qurbanov «Xural»ı niyə söydürür?

Üstümüzə indi də «Azəryolservis» prezidenti gəlir…

Cavid Qurbanov Mehriban Əliyevaya qarşı?…

Ötən sayımızda QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı alan QHT-lərinin içində «Azəryolservis» prezidenti Cavid Qurbanovun atası, «Aşıq Şəmşir» Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qurbanov Qənbər Şəmşir oğlunun (Aşıq Şəmşirin oğlu) da olduğu haqqında məlumat vermişdik. Məlumatda bildirilirdi ki, Aşıq Şəmşirin oğlu «Unudulmaqda olan xalq sənəti nümunələrinin təbliği» layihəsi ilə DDŞ-yə müraciət edib və Azay Quliyevin pulpaylayan qohumları tərəfindən 8.500 manat maliyyə yardımı alıb. Bu məlumat ətrafında gəzişmələr edən «Xural» əməkdaşı, DDŞ-nin qaliblər siyahısını daha çox zənginlərə yardım vitrininə döndərən Azay Quliyevlə bərabər, Azərbaycan yollarını bəhanə edərək dövlət büdcəsini talamaqla məşğul olan Cavid Qurbanovun və onun kimilərin hətta «unudulmaqda olan» xalq sənətinə belə qəpik-quruş qıymadıqlarını yazmış, yazı-xəbəri bu notlarla bitirmişdi: «Siz nə əcəb öz şəxsi mənafeyiniz üçün milyonları «uf» demədən xərcləyir, amma «unudulmaqda olan xalq sənəti nümunələrinə» 8.500 manat xərcləmirsiniz?

Allah bütün oliqarxları Azay Quliyevə möhtac qoysun!»

Yazının çapa getməsindən sonra redaksiyamıza maraqlı telefon zəngləri gəlməyə başladı. Biz bunu normal qiymətləndirdik. Belə reaksiyalara öyrəşmişik nə də olsa. Anonim gələn telefon zənglərində danışmır, sadəcə sürəkli zənglərlə iş ahəngini pozurdular. Gözləyib nəticələri öürənmək istədik və nəticələr özünü elə də gözlətmədi. Qəzetin saytındakı xəbərin şərh yerinə bir-birinin ardınca öyrədilmiş adamların yazdığı açıq-aşkar bilinən təhqirlər gəlməyə başladı. «Şərh»lərdə Cavid Qurbanovun oliqarx olmadığı, onun Azay Quliyevə heç bir zaman möhtac olmayacağı, Mehriban Əliyevanın əleyhinə getmədiyi haqqında fikirlər yer alır, ardınca xəbəri yazanlar ağır söyüşlərlə təhqir olunurdu. Bu təhqir dolu şərhlər iki gün aradan sonra dayandı…

Biz heç kimi təhqir etmək niyyətində deyilik. Sadəcə normal məntiq ortaya qoymuşuq və bu məntiqin cavabını Oxucularımızla bölüşmüşük. O suallarımızı bir də yayınlayır və Cavid Qurbvnovun cavab verməsini arzu edirik:

* Necə ola bilir ki, bütün Azərbaycanın yollarını tikən (sonra sökən), Azərbaycan büdcəsinin milyardlarla manatlıq vəsaitinə nəzarət edən Cavid Qurbanov çapında bir dövlət məmurunun atası QHT-lərə DDŞ-nin 8.500 manatına göz dikir?
* Necə olur ki, aid olduğu komandanın əsas aparıcılarından biri olan Mehriban Əliyevanın xalq sənətinə bu qədər sahib çıxdığı haqqında aralıqsız təbliğat maşınının üyüdüb tökdüklərinə baxmayaraq, Cavid Qurbanov və atası 8.500 manatlıq yardımı «unudulmaqda olan xalq sənəti nümunələri» adına alır?
* Cavid Qurbanov atasına fəaliyyət göstərmək üçün niyə normal şərait yaratmır ki, o da Azay Quliyevin bir-iki qohumuna möhtac olur?

Biz bu sualların cavabını verməkdənsə, Cavid Qurbanov bizi tərbiyəsiz adamları vasitəsilə söydürmək yolunu seçir. Amma ona bildiririk ki, bu yol doğru yol deyil. Nə qədər gec deyil, bu yoldan əl çəkməsi lazımdır…

XuralTAC

İ.S. Cavid Qurbanovun adamlarınını ünvanımıza yazdığı bütün təhqirlərin ən azı 5 mislini Cavid Qurbanovun özünə qaytarırıq… Ən azı…

“Xural” qəzeti
il: 9, sayı: 012(420), 27 mart-02 aprel 2011-ci il

Əlaqəli məqalələr

8 şərh

  1. Her şeyden evvel neqeder metiqiniz oldugu göz önündedir .1 .3cü abzastın başlanığıcında ve 6cı abzastın ortalarında dediyiniz “biz heç kimi tehqir etmek niyyetinde deyilik “,”bu yol dogru yol deyil”sözlerinden sonra meqalenin sonunda xusi olaraq ferqlenen şirftlerle cenab Qurbanov haqqında yazdığınız sözler bir biri ile uyuşmur.2.Qenber Şemşiroğlunu bu devlet desdeyini aldı deye oglu Cavid Qurbanovla elaqelendirmeyiniz niye .Her şeye ferqli pencereden baxın.Q.Şemşiroglu bir lahiye hazırladı, bu lahiye beyenildi ve dövlet desteyi aldı.Hem bu lahiyeni deyerlendirenler her halda sizden agıllıdı .3siz özünüzü ne hesab edirsinizki,Cavid Qurbanov işini-gücünü buraxıb sizinle meşğul olsun.(yox bilmem Cavid qurbanovun öyretilmiş adamları ,cavid qurbanova sual veririk cavab versin……………………………………(Reytinq qazanmaq üçün başqa yollarda var.))
    Cenab C.Qurbanovun belkede sizin derclerinizden xeberi bele yoxdur.Siz onun muhattabı deyilsiniz .Eyer yazdıqlarınızın birini isbat ede bilirsinizse deyin bizde bilek. Bu işleri buraxın, elinizde bir isbat olmadan onun bunun haqqında yalan yalnış şeyler yazırsınız.

    1. “Xural”ı ötən saylarımızda Cavid Qurbanov haqqında yazdığımız yazılara görə söyən imzalardan biri bu “cənab”dır. Onun dediklərinə və yazdıqlarına bir şey demirik, o da elə düşünür. Amma başqa adlar altında insanları, qəzetləri söymək nə bu “adam”a yaraşar, nə də Cavid Qurbanova… Normal şərhlər yazın – hətta bizi tənqid etsəniz belə – yerləşdirək. Çünki bizlər həqiqi demokratlarıq. Amma söyüş yazsanız, o söyüşləri bizi “muhatab almayan” Cavid Qurbanova – ən azı 5 dəfə artıqlaması ilə – qaytaracağıq.
      Sayğılarla…

  2. cavid qurbanova verilmeli o qeder sual var ki….))
    1. her il yollara niye yamaq atilir….?
    2. bu mugenniler niye mehz sizin telefonlarinizi axtarirlar? (bashiolanlar ise atani axtarir))))
    3. sen allah de gorek ay dovlet memuru senin aldigin mevacible 4-5 lyobovnitsa saxlamaq olar? hele yashadigin evi demirem.. arvad ve ushaqlarindan bashqa oz adina hech neyi olmayanlardan birisen.. aye kishisiniz achiqlayin de dovlet vasaitini nece hezm-rabeden kechirirsiniz… qalan suallari gelen defeye saxlayiram.. helelik bu suallarin cavablarini ver.. bir de qulbechelerine chox da bel baglama seni satan ele sene en yxin olanidir… hele sonuncu sevgilinle seni gorende az qalir divara dirmashsin))) gozu var onda.. bir az da seni de ferhad eliyevin gunune qoyacaqlar…

  3. Deyirler ki agaci qurd icinden yeyer
    ne vaxta kimi bos bos yazacaqsiniz?
    jurnalist adini lekemeyin ve ozunuze agilli basli pese secin
    esl jurnalist her hansi bir movzu va yaxud dovlet memuru haqqinda yazanda dusunurem bir terefli deyil her iki terefin fikrin oyrenib yazmalidir men bele bilirem ve dusunurem ki bu meslehetlerden yararlansaniz yaxsidir

  4. Menim kimise ne tehqir etmek ne de alcatmaq fikrindeyem, en azindan sizden ferqli olaraq men o terbiyenin sahibi deyilem. Cavid Qurbanovu lekemekle kim size maddi komek kim olur cox maraqlidir? Dede Semsir seceresiniz layiqli numayendesini hami cox gozel ve nece lazimdir taniyir
    bir insan hemise zirveler qalxanda onu lekeleyirler bu heyatin qanunu ya da biz insalarin texeyyulunde formalasdirdigi realliq kimi qebul etdiyimiz tezaddir. ALLAH PIS GOZLERDEN VE NEZERINDEN CAVID QURBANOVU VE ONUN YAXIN AILE UZVLERINI QORUSUN!

  5. cavid qurbanovun sevgilileri atakaya kechib… birce shampunun chatmir ay fexriyye…. gel onu da men alim verim.. ne zirvesi aftafa tutanlarin zirvesi?)))))))

  6. Salam.Yuxaridaki fikirleri bir bir oxudum.menim cavi qurbanovla hec bir tanisligim yoxdur.Birincisi Cavid Qurbanov subay adamdi.Kisinin sevgilisi olar da.yerinden duran acin gicin bir sevgilisi olanda cavidin 5 sevgilisinin olmasi cox normaldi.Qaldi ki yollara ayrilan pullarin hara xerclenmesi o da cox normaldi.Kisi gece gunduz eziyyet cekir. Onu o vezifeye teyin eyleyen bey ne ise bilir ki onu ora teyin eyleyib.Guya sen ya men o vezifede olsaq pul yemezdik?Belke ondan da cox yeyerdik.Ona gore de gedin isinizle mesgul olun.etirazi olan emailime cavab yaza biler. mensure_huseynova@mail.ru.menimle razi olanlar da fikrini yazsin emailime

  7. CAVID QURBANOVUN ne yasayis terzi ne terbiyesi nede cemiyyete olan hormeti imkan vermezki o rusvetxorluga meyil etsin . Onun movqeyi prezidentin tapsirigi ile yaratmaq qurmaq ve inkisaf etdirmekdir. Cavid Qurbanov oz emellerinde bu onu aciq gosterir. insani emeli ile deyerlendirirler bu yazida ise o yoxdur.Cavid Qurbanovun atasi Qenber muellim orta hesabla 2 ayda imkansizlara hemin gosterilen meblegden 2 defe cox el tutur. Xeyriye meqsedi ile Ter-terin beyim sarov kendinde cekdirdiyi su xetdi vurdurdugu artizan quyulari real heqiqetdir indi onu da nezerine catdiriramki qurbanovlar ailesi dostluqda sedaqetli ve temanasiz olublar ara vurmaq ise bu yolla pul qazanmaq ele dindede haram sayilir. NAGIYEV NAZIM

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button