Çeçenstanda Putinin adını daşıyan universitetə PUA hücumu olub

Yayımlandı: 29 Oktyabr 2024 12:36

Kadırov hücumla bağlı araşdırmaların aparıldığını deyir

Oktyabrın 29-da səhər saatlarında Qudermesdə Rusiya Xüsusi Təyinatlı Qüvvələr Universitetinin ərazisindəki binaya “havadan pilotsuz təyyarə hücumu” olduğu deyilir.

Bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov “Telegram” kanalında paylaşım edib.

Amma Ramzan Kadırov hücumun haradan oldunduğunu qeyd etməyib.

Onun sözlərinə görə, hücum nəticəsində universitetin ərazisindəki “boş binanın” dam örtüyü yanıb.

Ramzan Kadırov itki olmadığını və yanğının söndürüldüyünü deyib.

O bildirib ki, istintaq orqanları hadisə ilə bağlı araşdırma aparır və iştirakçıların şəxsiyyətini müəyyənləşdirir.

Qudermesdəki Rusiya Xüsusi Qüvvələri Universiteti Vladimir Putinin adını daşıyır.

Universitet 2013-cü ilin avqustunda Ramzan Kadırovun təşəbbüsü ilə yaradılıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button