Çempionlar Liqasının final oyunu keçirilib

Yayımlandı: 2 İyun 2024 00:59

“Real” 15-ci dəfə kuboku qazanıb

İyunun 1-də UEFA Çempionlar Liqasının final oyunu keçirilib.

Həlledici matçda İspaniyanın “Real” komandası ilə Almaniya təmsilçisi “Borussiya” (Dortmund) qarşılaşıb.

Londondakı “Uembli” stadionunda keçirilən qarşılaşma saat 23:00-da start götürüb.

Bu, Çempionlar Liqası tarixində 69-cu final oyunu olub.

Budəfəki final matçında “Real” qələbə qazanıb. “Kral klubu” “Borussiya”nı 2:0 hesabı ilə məğlub edib.

Turnirin ən titullu klubu “Real”dır. “Kral klubu” 15-ci dəfə Çempionlar Liqası kubokunu qazanıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button