Çevik Polis Alayı 2 oğru tutub

Daxili İşlər Nazirliyinin Çevik Polis Alayı Bakıda oğurluqla məşğul olan mütəşəkkil dəstəni zərərsizləşdirib.

Daxili İşlər Nazirliyi xəbər verir ki, Əlahiddə Çevik Polis Alayı, Xəzər RPİ 2-ci PB və Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 10-dan bu il fevralın 18-dək olan müddətdə Bakı şəhər sakinləri X.Xəlilova məxsus mağazadan, N.Zamanzadəyə məxsus çantadan, İ.Vəliyevaya və İ.Əliyevaya məxsus gözəllik salonundan pul, tütün məmulatı, ərzaq məhsulu və məişət əşyası oğurlamış Yevlax rayon sakini Alişan Məmmədov və Gəncə şəhər sakini Pərviz Niyazov saxlanılıblar.

Aparılmış əməliyyat tədbirləri ilə onların daha 3 nəfərə məxsus mağaza və gözəllik salonundan pul, danışıq kartları, tütün məmulatı və ərzaq məhsulları oğurlamaları da müəyyən edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button