Ceyhun Bayramov İndoneziyaya başsağlığı verdi
Yazıldığı tarix 9 Yanvar 2021
0

Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov sosial hesabında İndoneziyada sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı paylaşım edib.
Virtualaz.org bildirir ki, paylaşımda deyilir: “Cakartanın yaxınlığında baş verən faciəvi təyyarə qəzası ilə bağlı xəbər məni çox kədərləndirdi. Bu faciəvi təyyarə qəzasında yaxınlarını itirən ailələrə başsağlığı veririk. Dəstəyimiz və həmrəyliyimiz qardaş İndoneziya xalqı ilədir”.
Xatırladaq ki, bu gün İndoneziyada sərnişin təyyarəsi Cakarta yaxınlığında Yava dənizinə düşüb. “Sriwijaya Air” aviaşirkətinə məxsus təyyarənin göyərtəsində 53 sərnişin və 12 ekipaj üzvünün olduğu bildirilir.
Daha çox oxunan
Elçin Əfəndiyevin qızı bu məhkəməyə hakim təyin ediləcək
28 Yanvar 2021