Ceyms O’Brayn: Blinken Bayramovla Mirzoyanı Vaşinqtonda gözləyir
Yayımlandı: 7 Dekabr 2023 12:31
O, rəsmi Bakı və Yerevanın sülh danışıqlarına gedəcəyinə ümid edir
ABŞ Dövlət katibi Entoni Blinken Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərini danışıqlar üçün gözləyir.
Bu barədə dekabrın 7-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Bakıda keçirdiyi görüşlərdən sonra “X” sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
Ceyms O’Brayn dekabrın 6-da Bakıda müsbət və konstruktiv görüşlər keçirdiyini qeyd edib:
“Azərbaycan Prezidenti İlham Əliyevə dediyim kimi, Birləşmiş Ştatlar Azərbaycan Mərkəzi Bankının rəhbəri və energetika nazirinin səfərlərini gözləyir. Dövlət katibi Antoni Blinken tezliklə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Bayramov və Mirzoyanı Vaşinqtonda sülh danışıqları üçün qəbul etməyə ümid edir…”.
Dekabrın 6-da Bakıda olan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Azərbaycanın Prezidenti İlham Əliyevlə görüşüb.