Rubrikalar: DÜNYA XuralTAC

CHP liderinin sığındığı evin sahibi danışdı-VİDEO

Bu gün Ankaranın Çubuk rayonundakı şəhid dəfnində hücuma məruz qalan CHP lideri Kamal Kılçdaroğlunun sonradan sığındığı evin sahibi danışıb.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ev sahibi Rahim Doruk CHP liderinin evində yaşadığı məşəqqətli anları anladıb.

O deyib ki, hadisə zamanı böyük bir qrup onun evinə doğru axın edib: “Bu zaman biri mənə dedi ki, Kamal Kılıçdaroğlu evimə girmək istəyir. Bu əsnada, daha dəqiqi, evimin önündə itələşmə yaşandı. Kılıçdaroğlunun orada olduğunu görmədim. O an mən evimin qapısı önünə qədər sıxışdırıldım. Həyat yoldaşım qorxudan qapını kilidləmişdi. Ona qapını açması üçün yalvardım. Çünki arxadan yüklənən qrup vardı, onlar məni də sıxırdı.  Mən o ana qədər Kamal Kılıçdaroğlunu görmürdüm. Daha sonra həyat yoldaşım qapını açdı, biz içəri girdik”.

Ev sahibi deyib ki, həmin an evə daxil olan Kamal Kılıçdaroğlu “qonağınız olmaq məcburiyyətində qaldıq, üzrlü sayın” deyib: “Onun evimə sığınacağını yuxumda belə görməzdim. Kamal bəy sonra həyat yoldaşımdan su istədi, xanımım da verdi.  Təxminən 2 saat içəridə oturduq. Daha sonra jandarma gəldi. Onlardan sonra polis müdiri gəldi. Kamal bəy onları görəndən sonra rahatladı. Kamal bəydə hər hansı bir xəsarət görmədim”.

Ev sahibi daha sonra bildirib ki, bu hadisədən çox təsirlənib: “Daha sonra nazirlərimiz gəldi. Onlar da Kılıçdaroğlu ilə görüşdü. Kılıçdaroğlunun həyat yoldaşı da zəng etdi. Ondan sonra Kamal bəyi evdən çıxardılar”.

Doruk deyib ki, onlar doğru olanı ediblər: “Adətimizdə qonağı qapıdan geri qaytarmazlar. Biz doğru olanı etdik. İnsanlar bilməsə də, Rəbbim bilir. Şəhid bizim şəhiddir. Bir az sakitlik, anlayış və mehriban olmanı rica edirəm”.

Paylaş:

This post was last modified on 22 Aprel 2019 2:12 səhər

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Elçibəyin tarixi çıxışı: “Qırğının müəllifi Primakovdur”-TARİX

20 yanvar 1990-cı il Azərbaycan xalqının tarixinə qanlı gün kimi yazılaraq, onun müstəqillik qazanmasında ən önəmli səhifəsini təşkil edir. SSRİ…

19 Noyabr 2019
  • GÜNDƏM
  • XuralTAC

Əlövsət Əliyevin barəsində həbs qərarı – oğlu danışdı

Almaniyada fəaliyyət göstərən "Legat" İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin barəsində həbs-qətimkan tədbiri seçilib. Bu barədə Modern.az-a Ə.Əliyevin oğlu Türkel Rüstəmxanlı…

19 Noyabr 2019
  • CƏMİYYƏT
  • GÜNDƏM
  • XuralTAC

Bakıda sənədsiz evlərə görə komissiyalar işləyir

Bakı şəhəri ərazisində sənədsiz evlərin siyahıya alınması ilə bağlı yaradılmış komissiyalar araşdırmalarını davam etdirirlər. Əvvəlcə paytaxtın rayonlarında sənədsiz evlər siyahıya…

19 Noyabr 2019
  • GÜNDƏM
  • XuralTAC

Prezidentin köməkçisi Əli Həsənovun Xəzər TV-ni ələ keçirməsi və fəxr etdiyi sərvəti-BUMERANG

Kanal13 "Prezident köməkçisi Əli Həsənovun Xəzər TV-ni ələ keçirməsi və fəxr etdiyi sərvəti" haqqında veriliş hazırlayıb. Xural.com verilişi təqdim edir:…

19 Noyabr 2019
  • GÜNDƏM
  • XuralTAC

Tofiq Yaqublu 30 günlük həbsdən sonra; Onu oğlunu öldürməklə hədələyiblər-VİDEO

19 oktyabr mitinqinə görə həbs edilənlərdən daha 3 nəfəri – Tofiq Yaqublu, Rüfət Səfərov və Baba Süleymanlı noyabrın 19-da azadlığa…

19 Noyabr 2019
  • GÜNDƏM
  • XuralTAC

İran İnqilab Keşikçiləri etirazlar durmazsa, qəti addım atacaqlarını deyib

Dövlət mediası xəbər verir ki, ən azı 100 bank və onlarla bina və maşın yandırılıb İranın İnqilab Keşikçiləri hökumət əleyhinə…

19 Noyabr 2019
Xural.COM