Çin zondu ilk dəfə Ayın qaranlıq tərəfindən torpaq gətirib

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

Çinin “Çanye-6” Ay zondu tarixdə ilk dəfə Yerin bu yeganə peykinin əks tərəfində toplanmış torpaq nümunələrini Yerə çatdırıb. Bu barədə Çin Milli Kosmik İdarəsi (CNSA) məlumat verib.

Əvvəllər heç bir ölkə Ayın Yerdən görünməyən qaranlıq tərəfini belə tədqiq etməmişdi.

Ekspedisiya 53 gün davam edib. O, mayın 3 -də “Çançjen 5” daşıyıcı raketinin “Çanye-6” kosmik aparatı ilə Aya doğru buraxılması ilə başlayıb. Aparat Çin mifologiyasının ən məşhur simalarından biri sayılan Ay ilahəsinin adını daşıyır.

İyunun 2-dən 3-dək zond torpaq nümunələrini toplayıb və iyunun 4-də Ayın qaranlıq tərəfindən havaya qalxaraq tezliklə onun planlaşdırılmış orbitinə çıxıb. İyunun 25-də o, Çinin şimalındakı Daxili Monqolustan Muxtar Rayonuna enib.

Bu, Yer aparatının bu il Aya üçüncü enişidir. Yanvarda Yaponiyanın SLIM zondu, bir ay sonra isə Birləşmiş Ştatların “Intuitive Machines” şirkətinin cihazı oraya enib.

Ay torpağının tədqiqi alimlərə onun özünün və bütün Günəş sisteminin yaranma tarixini daha yaxşı anlamağa kömək edəcək.

Çin 2030-cu ilə qədər Aya insanlı missiya göndərməyə ümid edir. Çinin Ay proqramında tərəfdaşı Rusiyadır. ABŞ isə daha tez, “Artemis” proqramı ilə 2026-cı ildə və ya bir qədər sonra Aya astronavt göndərməyi planlaşdırır.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button