Çingiz Hüseynzadə: “Cavid Qurbanovun çıxışı məni həyəcanlandırdı”

“Cavid Qurbanov bu gün yenidən Azərbaycan Voleybol Federasiyasının prezidenti seçildi. Bu münasibətlə onu təbrik edirəm”.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə C.Qurbanova əvvəlki dönəmdəki fəaliyyətinə görə təşəkkürünü bildirib:

“Cavid müəllimin bugünkü çıxışı məni həyəcanlandırdı. Mən də özümü voleybola yaxın hesab edirəm. Qadın voleybolçuların qazandığı uğurlar bütün xalqın ürəyində sevinc hissi yaradırdı. Başqa idman növlərində bu uğuru görmürdük. Fərdi idman növlərində uğurlarımız olur. Komanda idman növlərində isə bizi qadın voleybolçularımız sevindirir. Hesab edirəm ki, növbəti hesabat dövründə voleybolda nailiyyətlərimiz daha çox olacaq”.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button