Rubrikalar: ENGLISH GÜNDƏM SİYASƏT XuralTAC

Çingiz Qənizadə Eldar İbrahimovu topa tutdu: “Sən özün hansı tərəfdəsən?”

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Çingiz Qənizadə həmkarı Eldar İbrahimovun mətbuatda yer alan “Müxalifət nümayəndələrinin bəziləri bizim tərəfimizə keçdi, pul qazandı, hətta deputat da oldu” fikirinə münasibət bildirib.

Xural.com xəbər verir ki, Çingiz Qənizadə unikal.org-a açıqlamasında deyib:

“Əvvala, Eldar müəllimin özünün tərəfinin hara olduğunu başa düşə bilmirəm. Əgər hər hansı bir şəxs cənab prezidentin mövqeyini, siyasətini dəstəkləyirsə və belə olan halda kimsə onları xəyanətkar adlandırırsa, bu, siyasətçiyə yaraşmayan bir şeydir. Mən təkcə Eldar müəllimin yox, son vaxtlar bəzi deputat həmkarlarımın siyasətçiyə yaraşmayan formada cəmiyyətə açıqlama vermələrini və cəmiyyətdə mübahisəyə səbəb olan müəyyən fikirləri ortaya atmalarını qətiyyətlə pisləyirəm.

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova və Baş Nazirin müavini, YAP-ın sədr müavini – İcra katibi Əli Əhmədova təşəkkür edirəm ki, onlar bu cür ifadə işlədən deputatlara çox qısa, lakonik və prezidentin mövqeyini əks etdirən fikirlərini bildirdilər.

Hər ikisi çox sağ olsun. Yenə deyirəm: bu cür açıqlamaların verilməsi düşünülməmiş, siyasətçiyə yaraşmayan fikirdir. Əli müəllimin dediyi kimi, axı cənab prezident də qeyd edib ki, “Mən bütün azərbaycanlıların prezidentiyəm”. Kim onu prezident görür və yanındadırsa, onun keçmişinə görə o adamları xəyanətkar adlandırmaq, hesab edirəm ki, bu, başa düşülən deyil.

Mən başqa ifadə işlətmək istəmirəm. Bakıda deyiləm. İki gündür bunları oxuyub, fikirləşirəm ki, görəsən, nə baş verir? Bu insanlar kimin sözünü demək istəyir? Əgər prezidentin komandasındadılarsa, bu, cənab prezidentin mövqeyi deyil”.

Ç.Qənizadə Eldar İbrahimovun mətbuatda son açıqlamasına da etiraz edib:

“Eldar İbrahimovun “Fikirlərim düzgün başa düşülməyib, “düşmən” fikrimi indiki deputatlara aid etməmişəm. Parlamentdə təmsil olunan patiyaların nümayəndələri iqtidarın deputatları kimi mənə əzizdir” – ifadəsi özü belə yanlışdır. Onun son açıqlamasının özü belə onu göstərir ki, əvvəlki fikirlərində qalıb. Açıqlamasında nə demək istəməsi isə tam başa düşülən deyil. O, son açıqlamasını Əli Əhmədov və Əli Həsənovdan qabaq versəydi, bəlkə də başa düşülən olardı”.

Qeyd edək ki, E.İbrahimovun “Bəziləri bizim tərəfimizə keçdi, pul qazandı, hətta deputat da oldu. Amma bir şeyi deməliyəm ki, düşməndən sənə dost ola bilməz. Düşmən gəlib, içəriyə daxil olacaq və bir gün yenə öz düşmənçiliyini göstərəcək” fikri müzakirələrə səbəb olmuşdu.

Paylaş:

This post was last modified on 10 Sentyabr 2019 2:37 axşam

Son Əlavələr

  • GÜNDƏM
  • SİYASƏT
  • XuralTAC

“Real Cümhuriyyətçilər İttifaqı” yaradılıb

ReAL Partiyası seçkilərdə blok şəklində iştirak edəcək ReAL Partiyası 9 fevral növbədənkənar parlament seçkilərində blok şəklində iştirak edəcək. Bu barədə…

12 Dekabr 2019
  • DÜNYA
  • XuralTAC

İsveçrədə qadın prezident seçildi

İsveçrənin Ətraf mühit, nəqliyyat, energetika və rabitə naziri Simonetta Sommaruqa ölkənin prezidenti seçilib. Virtualaz.org “TASS” agentliyinə istinadən xəbər verir ki, Federal…

12 Dekabr 2019
  • GÜNDƏM
  • SİYASƏT
  • XuralTAC

İlham Əliyev Prezident Administrasiyasında yeni təyinat etdi

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini vəzifəsinə təyinat olub. APA-nın məlumatına görə, Prezident İlham Əliyevin sərəncamı…

12 Dekabr 2019
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Sərdar Cəlaloğlu “Siyasət meydanı”nda: ““Uşaqpulu”, yoxsa millətin soyqırımı?”-VİDEO

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu 11 dekabr 2019-cu il, saat 17:00-da canlı yayında Xural TV-nin təsisçisi və baş redaktoru…

12 Dekabr 2019
  • ARAŞDIRMA
  • XuralTAC

Senator Türkiyəyə qarşı “ağır sanksiya”nın ipuclarını verdi

Türkiyə ilə ABŞ arasında S-400-lərlə bağlı gərginlik artıb. Strateq.az xarici mətbuata istinadla bildirir ki, “Voice of America”nın suallarına cavab verən ABŞ Senatının…

12 Dekabr 2019
  • GÜNDƏM
  • XuralTAC

Heydər Əliyevin vəfatından 16 il keçir…

Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından 16 il keçir. Xural.com strateq.az-a istinadən xəbər verir ki, Heydər Əlirza…

12 Dekabr 2019
Xural.COM