Çinin kosmik aparatı Ayın qaranlıq tərəfinə enib

Çinin “Çanye-6” kosmik aparatı Ayın qaranlıq tərəfinə uğurlu eniş edib, – “Sinxua” agentliyi xəbər verir . Onun vəzifəsi Ay torpağından nümunələr toplamaq və Yerə çatdırmaqdır.

Əvvəllər heç bir ölkə Ayın Yerdən görünməyən əks tərəfini tədqiq etməyib. “Çanye-6” iki gün ərzində iki kiloqram Ay süxuru nümunələri toplayıb Yerə qayıtmalıdır. Onun iyunun 25-də Daxili Monqolustan bölgəsinə enməsi gözlənilir.

Bu, bu il Yer aparatının Aya üçüncü enişidir. Yanvarda Yaponiyanın SLIM zondu, bir ay sonra isə Amerikanın “Intuitive Machines” şirkətinin cihazı orada olub.

Ay torpağının tədqiqi alimlərə Ayın özünün və bütün Günəş sisteminin yaranma tarixini daha yaxşı anlamağa kömək edəcək. Çin 2030-cu ilə qədər Aya insanlı missiya göndərməyə ümid edir. Rusiya Çinin Ay proqramında tərəfdaşdır. ABŞ “Artemis” Ay proqramı ilə 2026-cı ildə və ya daha sonra Aya astronavt göndərməyi planlaşdırır.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button