Rubrikalar: GÜNDƏM XuralTAC

Cinsi ayrı-seçkilik: 140 milyon “itirilmiş” qız…

BMT-nin Əhali Fondunun hazırladığı “Dünya Əhalisinin Vəziyyəti” adlı qlobal hesabatın builki sayı işıq üzü görüb.

Xural.com xəbər verir ki, Fonddan virtualaz.org-a verilən məlumata görə, hər il təşkilatın qlobal miqyasda məşğul olduğu bu və ya digər mövzuya həsr edilən hesabatda bu dəfə dünyada qadınların və qızların hüquqlarının pozulması ilə nəticələnən müxtəlif zərərli təcrübələr və onlarla mübarizə mövzuları qabardılıb.

Hesabatda qeyd olunur ki, hər il dünyada milyonlarla qız ailələrinin, yaxınlarının və yaşadıqları icmaların razılığı ilə onları fiziki və mənəvi əziyyətlərlə üz-üzə qoyan zərərli təcrübələrin təsirinə məruz qalır. Daha çox dünyanın müxtəlif yerlərində mövcud olan adət-ənənələrdən qaynaqlanan bu zərərli təcrübələr sırasında qızların erkən yaşda ərə verilməsini, qadın sünnətini, gender-əsaslı cinsi ayrıseçkiliyi (oğlan uşaqlarına qızlara nisbətən daha çox dəyər verilməsi) və digər spesifik halları qeyd etmək olar.

“Qızlara qarşı tətbiq olunan bu cür zərərli təcrübələr onların həyatında uzunmüddətli və dərin travma izləri qoymaqla yanaşı, qızların öz potensiallarını realizə etmək hüququnu əllərindən almış olur”, – deyə BMT-nin Əhali Fondunun icraçı direktoru Nataliya Kanem qeyd edir.

Hesabata əsasən, ilin sonunadək dünyada təqribən 4,1 mln. qızın qadın sünnəti adlanan əziyyətli və zərərli prosedura məruz qalacağı gözlənilir. Eyni zamanda, hər gün dünyada orta hesabla 33 000 yetkinlik yaşına çatmayan qız uşağı özündən böyük şəxslərə zorla ərə verilir. Sənəddə o da vurğulanır ki, bəzi ölkələrdə qız uşaqları ilə müqayisədə oğlan uşaqlarına daha çox üstünlüyün verilməsi təcrübəsi cinsi zəmində ayrıseçkilik fenomeninin güclənməsi və beləliklə 140 milyon “itirilmiş” qız övladlarının həyata gəlməkdən məhrum edilməsi ilə nəticələnib.

Azərbaycanın da daxil olduğu Şərqi Avropa və Mərkəzi Asiya regionunda erkən nikahlar əsasən qanunla qadağandır və bu hallar zəif sürətlə də olsa azalmaya doğru gedir. Buna baxmayaraq, regionun bəzi yerlərində erkən nikahlara hələ də geniş şəkildə rast gəlmək mümkündür – bəzi ölkələrdə qadınların 15%-i 18 yaşına çatmazdan öncə ailə qurub, bəzi icmalarda isə iki qadından biri hətta uşaq yaşında ikən ərə verilib.

Qız övladlarına nisbətdə oğlan övladlarına üstünlüyün verilməsi də Şərqi Avropa və Mərkəzi Asiya regionunda müşahidə olunan zərərli təcrübələrdən biridir. Cənubi Qafqazın və Cənub-Şərqi Avropanın bir sıra bölgələrində daha çox qeydə alınan bu fenomen doğuşun cinslər arasındakı təbii nisbətinin pozularaq qızlara nisbətən daha çox oğlan uşağının dünyaya gəlməsinə səbəb olur.

“Bütün bu zərərli təcrübələrin kökündə bir amil dayanır: bu da qadınlara və qızlara cəmiyyətdə daha az dəyər verilməsidir. Buna baxmayaraq, hamımız – hökumətlər, vətəndaş cəmiyyəti, rəy öndərləri və influyenserlər – birlikdə işləyərək qızların insan hüquqlarını əlindən alan bu zərərli təcrübələri keçmişə qovuşdura bilərik”,-deyə BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional ofisinin rəhbəri Alanna Armitaj qeyd edir.

Hesabatda dünyanı əhatə edən COVID-19 pandemiyasının sözügedən zərərli təcrübələrin daha da geniş yayılmasına şərait yaratdığı da vurğulanır. Belə ki, pandemiya dünyanın bir çox yerində ailələrin öz iqtisadi yükünü azaltmaq üçün erkən nikahlara daha çox üz tutması ehtimalını artırır. Bununla yanaşı, sosial təcrid və karantin şəraitində təhsil müəssisələrinin bağlanması və hərəkətə qoyulan məhdudiyyət gənc qızların gündəlik həyat ritmini əngəlləyir, dəstək sistemlərinin fəaliyyəti qarşısında sədd çəkir.

“Pandemiya hər gün daha çox qızı müxtəlif risklərlə üz-üzə buraxır. Biz, dünyanın istənilən yerində qadınların və qızların öz hüquqlarından yararlana bilmələri və öz seçimlərini müstəqil şəkildə edə bilmələri üçün səylərimizi ikiqat artırmalıyıq”, -deyə Alanna Armitaj bildirir.

Paylaş:

Son Əlavələr

  • CƏMİYYƏT
  • GÜNDƏM
  • MƏDƏNİYYƏT
  • XuralTAC

Novruz çərşənbələrinin vaxtı-Açıqlandı

Azərbaycanda qeyd ediləcək Novruz çərşənbələrinin vaxtı məlum olub. Xural.com xəbər verir ki, bu ilin ilk çərşənbəsi fevralın 23-ü, axırıncı çərşənbə…

24 Yanvar 2021
  • GÜNDƏM
  • XuralTAC

Əli Abbasova AMEA-da yeni vəzifə verildi

Məlum olduğu kimi, ötən gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. AMEA-nın prezidenti Ramiz Mehdiyevin də iştirak…

24 Yanvar 2021
  • GÜNDƏM
  • XuralTAC

ABŞ-da müalicə olunan Azad Rəhimovla bağlı xəbər təsdiqləndi-ABŞ-dadır

Səhhətində problemlər yaranan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov hazırda ABŞ xəstəxanalarının birində müalicə olunur. Məlumata görə, nazir əvvəlcə…

24 Yanvar 2021
  • GÜNDƏM
  • XuralTAC

İlham Əliyev Mikayıl Cabbarovu SOCAR-ın Müşahidə Şurasının sədri təyin etdi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Xural.com bildirir ki, Sərəncamla…

24 Yanvar 2021
  • GÜNDƏM
  • KRİMİNAL
  • XuralTAC

“Lotu Quli”nin titul verdiyi “Saşa Kuşner”i armaturla vəhşicəsinə döyüb alçaltdılar

Bir neçə gün öncə Minsk şəhərinin mərkəzində belarus kriminalitetinin “xaç atası” sayılan “Saşa Kuşner” ləqəbli “qanuni oğru” Aleksandr Kuşner vəhşicəsinə…

24 Yanvar 2021
  • GÜNDƏM
  • MƏDƏNİYYƏT
  • XuralTAC

Eldar Quliyev “İstiqlal” ordeni ilə təltif edilib

Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Eldar Tofiq oğlu Quliyev “İstiqlal” ordeni ilə təltif edilib. Xural.com-un məlumatına görə, Prezident İlham Əliyev…

24 Yanvar 2021
Xural.COM