“Çıraq” platforması yenidən işə salınıb

neft ciraq.jpg

Planlaşdırılmış profilaktik işlər proqramından sonra “Çıraq” platforması dünən – 10 dekabrda yenidən işə salınıb.

Bu haqda “BP-Azerbaijan” şirkətinin ictimaiyyətlə əlaqələr Departamentinin rəhbəri  Tamam Bayatlı məlumat verib. turan.az

Onun sözlərinə görə, proqram üzrə nəzərdə tutulmuş bütün işlər uğurla və tam təhlükəsiz şəkildə başa çatdırılıb.

Qeyd edək ki, “Çıraq” platformasında hasilat işləri modernizasiya işləri ilə əlaqədar olaraq noyabr ayının 10-da dayandırılmışdı.

Xatırlatmaq yerinə düşər ki, bununla da “BP-Azerbaijan” şirkəti “Azəri-Çıraq-Günəşli” dəniz blokunda yerləşən bütün hasilat platformalarının modernizasiyasını başa çatdırmış oldu.

“Çıraq” platformasında gündəlik olaraq 45-48 min barel neft hasil edilirdi. BP və tərəfdaşları “Çıraq” platformasını 1995-1997-ci illərdə inşa ediblər. Bu platformanın dayaq bloku Sovet dövründə inşa edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button