Rubrikalar: CƏMİYYƏT KÖŞƏ YAZARLARI XuralTAC

Çovdarlıq tarlasının “Mirzə”ləri və ya “pozdno Rita”…

İlham İsmayıl
Xüsusi xidmət orqanlarında agentura şəbəkəsi ilə işləyənlər bilirlər ki, agenti imkanlarından artıq tapşırıqlarla yükləmək onun ifşasına səbəb ola bilər. Adətən də ödənişli agentlər əlaqəsində olduğu əməliyyat işçisinin gözünə girib daha çox pul əldə etmək məqsədilə öz təşəbbüsü ilə əlavə tapşırıqlar yerinə yetirəndə “ÇP” yaradırlar. Yəni onun xəbər mənbəyi olduğu, tapşırıq yerinə yetirdiyi əks tərəfi şübhələndirir və onların kiçik təhlili və dezinformasiyasından sonra ifşası qaçılmaz olur. “Baharın on yeddi anı”nda məşhur bir səhnə var: Ştirlits agentlə görüşəndə ona məsləhət görür ki, bir az fasilə versin, gedib dincəlsin, yorulub. Agentə bu məzmunda məzuniyyət ərizəsi də yazdırır. Agent ərizəni yazsa da, yorulmadığını, əlavə tapşırıqlar yerinə yetirmək istədiyini bildirir və Ştirlits onu gölün kənarındaca iki güllə ilə öldürür. Həddini aşan agent baş ağrısı gətirəndə əlaqəsində olduqları şeflər bəzən belə kəskin qərarlar verə bilirlər.
Söhbət ödənişli agentlərdən gedəndə isə vəziyyət bir az da qəlizləşir. Pula, başqa imtiyazlara hərislik, hətta karyera yaratmaq istəyində olan agentlər bu halda tez tələyə düşürlər. Xüsusilə, onun yerinə yetirdiyi tapşırıqlar hər gün  geniş kütlələrin gözü qarşısında baş verirsə, tapşırıq verən əməliyyat işçisinin və ya əlaqəsində olduğu hansısa məmurun (bəzən belə də olur) qəzəbinə tuş gəlirlər.
Belə birinin əməlləri, hərəkətləri çoxdan şübhə yaratsa da, son günlərdə göstərdiyi performansı onun məxfi əməkdaş statusunda olduğunu açıq ifşaya yaxınlaşdırır. Əlaqəsində olduğu məmur və ya əməliyyat işçisi bu situasiyanı dəyərləndirib, onun ipini çəkməsə “çovdarlıq tarlasının “Mirzə”si” bu tarlanı gülüstan hesab edib bülbül kimi oxumağında davam edəcək və o zaman fəsadların  yaranması ehtimalı böyük ola bilər. Bunun da konkret səbəbləri var. Məxfi əməkdaşlığa cəlb olunan gündən sonra agentin psixologiyasında müəyyən dəyişikliklər baş verməyə başlayır və bu təbiidir, çünki o öyrəndikcə, öyrədildikcə, təlim-tərbiyə gördükcə tədricən hamıdan şübhələnməyə başlayır. Ona elə gəlir ki, hamı qanunsuz işlərlə məşğul olur, heç kəsi bəyənmir, ən əsası ona elə gəlir ki, küçədə rastlaşdığı, tanışı-bilişi, ona baxan, yan keçən, arxasınca gələn hər kəs agentdir, tapşırıq yerinə yetirir. Vay o gündən ki, adam qələm sahibi ola. O zaman qeyd etdiyimiz səbəblərdən yeri gəldi gəlmədi, hamının bostanına “o agentdir” daşını atmağa başlayacaq.
Yəqin diqqət etmisiniz, kimsə bir-birinə qara yaxanda deyir ki, “o KQB agentidir”, yəni SSRİ KQB-si nəzərdə tutulur. SSRİ KQB-si böyük məktəb idi və bizim qəhrəman nəzərə almalıdır ki, sədaqətlə xidmət etdiyi sistemin yaradıcısı da o təşkilatın generalı idi. Nə olsun ki? Burda qəbahətli bir şey yoxdu, əksinə, dövlətçiliyi generallar yaxşı bilir, amma  KQB generalları. Təbii, bunu hansısa BXSS-in milis əlaltısının qorxuducu və alçaldıcı hərəkətlərinin nəticəsində məmurun ixtiyarına verilmiş və onun şirnikləndirici təklifləri ilə razılaşaraq muzdlu əməkdaşlığa başlamış birisinin bu cür dövlətçilik prinsiplərini anlaması çətindir.
Məxfi əməkdaşın təlim-tərbiyəsi, öyrədilməsi vacib prosedur sayılır. Əks halda Megalomaniya (maniya veliçiya) elementləri – yəni özünü əhəmiyyətli biri bilməsi, populyarlıq,  zənginlik, güc, siyasi təsirə malik olması və sairə üstün və aşkar dərəcədə ifadə edilən özünüdüşünmə yaranır və sonda xəstəliyə səbəb ola bilir. O zaman “pozdno Rita”…
Xural.com
Paylaş:

This post was last modified on 17 May 2019 2:26 səhər

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Beynəlxalq təşkilatlar Azərbaycan Vəkillər Kollegiyasına məktub göndərib

Onlar vəkil Şəhla Hümbətovanın vəkillikdən uzaqlaşdırılmasını pisləyirlər Dörd beynəlxalq təşkilat Azərbaycan Vəkillər Kollegiyasına məktub göndərib. Məktubda noyabrın 27-də vəkil, hüquq…

7 Dekabr 2019
  • GÜNDƏM
  • MƏDƏNİYYƏT
  • XuralTAC

“Quruluş Osman”ın 3-cü bölümü-VİDEO

Xural.com Osmanlı imperiyasının qurucusu Ərtoğrul Qazi oğlu Osmanın dövləti necə qurmasından bəhs edən "Quruluş Osman" filminin 3-cü bölümünü təqdim edir:…

7 Dekabr 2019
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

TV Musavatda Əvəz Zeynallı-Bəhruz Quliyev debatı-VİDEO

TV Musavatın "Canlı debat" layihəsində ölkə gündəminin müzakirəsi - parlamentin yenidən formalaşması, növbədənkənar parlament seçkiləri, Yeni Azərbaycan Partiyasının (YAP) qərarı,…

6 Dekabr 2019
  • GÜNDƏM
  • KRİMİNAL
  • XuralTAC

Elmar Vəliyev istintaqa ifadə verməkdən imtina edib

Onun və mühafizəçisinin güllələnməsilə bağlı cinayət işi məhkəməyə göndərildi Gəncənin sabiq icra başçısı Elmar Vəliyev və mühafizəçisi, polis əməkdaşı Qasım…

6 Dekabr 2019
  • CƏMİYYƏT
  • XuralTAC

Milli Məclisin deputatı Yevda Abramov vəfat edib

Milli Məclisin deputatı Yevda Abramov vəfat edib. Xural.com xəbər verir ki, bu barədə "Report"a Milli Məclisin deputatı Vahid Əhmədov məlumat…

6 Dekabr 2019
  • GÜNDƏM
  • XuralTAC

Bratislavada nə baş verib?-Ermənistan müxalifəti izahat tələb edir

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Bratislavada baş tutan son görüşü Ermənistan müxalifətini şübhələndirib. Xural.com “AzPolitika.info”-ya istinadən xəbər verir ki,…

6 Dekabr 2019
Xural.COM