Çovdarov: milyardlardan sonra pensiya davasında-MƏHKƏMƏ

Həbsdə olan MTN generalı Akif Çovdarovun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı məhkəmə iddiası üzrə ilkin qərardan verdiyi apellyasiya şikayəti üzrə proses yekunlaşıb.

Xural.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, A.Çovdarov iddia ərizəsində nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsindən məlumat vərəqəsinin göndərilməsini və pensiyanın təyin edilməsini tələb edib.

İşə ilkin instansiya məhkəməsi olan 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində baxılıb və qərara əsasən iş üzrə icraat dayandırılıb.

A.Çovdarov bu qərardan yuxarı instansiya məhkəməsinə şikayət edib. Şikayətə Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzə Tağızadənin sədrliyi ilə baxılıb və sonuncu iclasda qərar elan olunub. İlk instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button