COVİD-19-a 251 yeni yoluxma hadisəsi qeydə alınıb

İyulun 20-də Azərbaycanda koronavirus infeksiyasına 251 yeni yoluxma hadisəsi qeydə alınıb, 79 nəfər sağalıb, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Ölüm halları qeydə alınmayıb.

Azərbaycanda koronavirusa yoluxanların ümumi sayı 338 837 nəfər təşkil edib, onların 331 429 nəfəri sağalıb, 4 994 nəfəri vəfat edib, 2 414 aktiv xəstənin müalicəsi davam etdirilir.

Gün ərzində Azərbaycanda COVİD-19-un müəyyən edilməsi üzrə 8 479 test aparılıb.

Ölkədə vaksin vurulanların ümumi sayı 4 383 875 nəfər təşkil edir. 2 591 666 nəfər birinci mərhələ üzrə, 1 792 209 nəfər ikinci mərhələ üzrə vaksinasiya olunub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button