Çox satılmaq günahdırmı?

Elif Şafak

 Bu həftə Hilmi Yavuzun haqqımda yazdığı məqaləni diqqətlə oxudum. Ədəbiyyat və sənətdə axınları, tərzləri, əsərləri dartışmağa çəkən hər cür fikir yazısına sayğı duyur, qiymət verirəm. Yetər ki, niyyətlərimiz xalis, üslubumuz salih olsun. Digər tərəfdən, ruhdaş Oxucular çox yaxşı bilir ki, müzakirələrə girməyi sevmirəm və haqqımda yazılan yazılara əsasən cavab vermirəm.

Türk mətbuatında yetərincə şəxsi çəkişmə, gərəksiz müzakirə və heyrət qütbləşmə mövcud, zatən. Bunun dışında və ötəsində bir dil, bir üslub, bir ədəb yaxalamaq gərəkdiyinə inanıram. O üzdən «ya səbir» deyib susmağın tərəfindəyəm. Lakin bu səfər yazmaq istədim. İnsanlara deyil, cəmiyyətə bir cavab vermə gərəyi duydum.

Eləsə, gəlin soruşaq: «Çox adamın oxuduğu kitab, çox adamın izlədiyi film, çox adamın dinlədiyi musiqi boz və bəsitdirmi?»

Sualı tərsinə çevirə bilərik: «Min adamın oxuduğu kitab, milyon adamın oxuduğu kitabdan mütləqmi daha dərindir?» Çox oxunanda bir əsərin keyfiyyəti düşürmü? Yaxud, çox dinlənilmək bir musiqinin dəyərsizliyinə işarədirmi?

Hilmi Yavuza görə, elədir!. Təsadüfdən, Yavuzun yazısını oxuyanda masanın üstündə bir roman vardı: Middlemarç. Yazarı 19-cu əsrin əfsanəvi ismi Georq Eliot. İngilis ədəbiyyatının ən sayğıdəyər klassiklərindən biri kimi qəbul edilir. Universitetlərdə oxudulur, haqqında kitablar, monoqrafiyalar yazılır. Akademiklərin, araşdırıcıların, ədəbiyyatçıların bir ağızdan dəyər verdiyi bu əsər Eliotun ədəbi taleyini həll edib.

İşin ilginc tərəfi: bu gün bu qədər çox oxunan bu roman çap olunduğu ilk dönəmlərdə də çox satılmışdı. 1871-ci ilin bestseller əsəri bu gün dünya klassikidir.

 

Reçetesi yoxdur bu işin

 

Çarlz Dikkens və unudulmaz Oliver Tvist, Balzak, Tolstoy və ardar da səs salan romanları, huysuz və dadlı Mark Tven və təbii ki, Qabriel Qarsio Markes çox oxunan, çox danışılan, hər biri ədəbiyyatda cığırlar açan…

Bunun tam tərsi olan örnəklər də var.

Az, ya da çətin nəşr edilən, məhdud kəsim tərəfindən oxunan və qiyməti illər sonra anlaşılan gözəl ədəbi əsərlər də mövcuddur. Kafka bunun ən bilinən örnəyi.

Əlbəttə, hər iki variant da mümkün, çünki ədəbiyyat və sənət riyazi ölçülərə gəlmir, şablonlara uymaz. Resepti yoxdur bu işin.

Dünya ədəbiyyat tarixi bir-birinə zərrə qədər bənzəməyən saysız nümunələrlə doludur. Adam var gəncikən verir ən sağlam əsərini: Boris Vian və ya Şeyx Qalib; adam var, yaşlaşarkən daha yaxşı yazır, zamanı həzm edə-edə – Höte kimi. Heç bir yazarın tərzi bir başqasına bənzəmək durumunda deyil. Zatən bənzəməməsi daha yaxşıdır. Kimi həm eyni məkanda qalır illərlə, kimi dünyanı dolaşır: çox sevdiyim Ceyms Baldvin kimi – daimi bir köçəbəlikdə. Adəmoğlu, Həvvaqızı bu qədər çeşit-çeşitkən, zatən yaradıcı işlər görən ədəbiyyatçıların yekparə bir kütlə olmasınımu gözləyirsiniz?

Bizə bənzəməyəni, bizim kimi yazmayanı anında «Olmaz! Zinhar!» deyə rədd edəcəyik?

Hilmi Yavuz Oktavio Pazı təqlid edərək, «İşdi, bir kitabı çox satılırsa, yazıçı «Mən harada xəta etdim düşünməli» demiş. Belə bir şey yox!

Az satılan bir kitabın yazarı necə, özünü bərbad bir yazar zənn etmək durumunda olmadığı kimi, çox satılan kitabların yazarı da elə mozaxistcə bir hökm vermək durumunda deyildir.

İşin doğrusu və dürüstcəsi – hər yazar və hər şair oxunmaq, hər rejissor izlənmək, hər müğənni dinlənmək istər. Bu, insanca duyğudan kimsənin utanmasına gərək yoxdur.

Önəmli olan yazı prosesində bunlara aludə olmamaqdır. Bir kitabı yazarkən «filan cür olsa, necə olar, neçə nəfər oxuyar» kimi qayğıların yeri yoxdur.

 

Hərflərə vəfa

 

Yazarkən hekayəmin içində qalar, orada yaşayaram. Amma roman bitib də redaktoruma verilincə, əlbəttə oxunmasını istərəm. Əks təqdirdə, niyə çap etdirirəm?

Albert Kamus, «Bir yazıçı böyük miqyasda oxunmaq üçün yazar. Əksini söyləyənləri təqdir edək, amma onlara inanmayaq» sözlərini boşuna deməmişdi.

Kitabları təkrar nəşr ediləndə yazıçılar üzülməz, xoşbəxt olar! Diqqətli Oxucudan yanayım demiş Yavuz. Maraqlıdır, kimdir Oxucunun diqqətli olub-olimadığına qərar verən? Hansı jüri?

Haqqımda yapılan bir başqa tənqiddə də belə demişdi: «Sizi Elazığdakı ev xanımı da oxuyur!»

Bundan utanmamımı gözləyirsiniz? Əgər ədəbiyyatımız Elazığdakı ev xanımına çatırsa, bu, məni ancaq xoşbəxt edər.

İsmir-İstanbul-Ankara üçbucağının çölünə çıxmağın tərəfdarıyam. İnsanlara fərq qoymadan, kimsəni təpədən buraxmadan, kiçiltmədən, ütüləmədən yazmaq ən doğrusu deyilmi – xüsusən də bunların edildiyi bir ölkədə!

Sonda – istəyən istədiyi kimi yazar. Oxucular hansı kitabı oxuyacaqlarına özləri qərar verirlər. Sadəcə və sadəcə, yazıya olan bağlılığımız, eşq-məhəbbətimiz bu ağlasığmaz, bəzən, dəlilik səviyyəsində sevdalı olmağımız və hərflərə olan vəfa duyğumuzdur tək ədəbi qidamız.

“Xural” qəzeti,

il 9, sayı: 062 (472), 17 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button