“Criminalaz.com” saytının baş redaktorunun cinayət işi üzrə məhkəmə başlayıb

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə “Criminalaz.com” saytının baş redaktoru Anar Məmmədovun cinayət işi üzrə hazırlıq iclası olub. Məhkəmənin baxışı yanvarın 11-nə təyin olunub.

Prosesdə vəkil Elçin Sadıqov cinayət işinə xitam və jurnalistə bəraət verilmnəsi barədə vəsatəti təmin edilməyib.

Anar Məmmədov Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Anar Məmmədova qarşı Gəncə hadisələri ilə bağlı məlumatlar yaydığına görə cinayət işi qaldırılıb.

İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis serjantına silahlı sui-qəsd olub. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Bundan sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik “radikal dini qrup”un keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Bu hadisə ilə bağlı 60-dan çox şəxsin həbs olunduğu bildirilir.

Hüquq-mühafizə orqanlarının iddiasına görə, daha 5 silahlı şəxs isə öldürülüb.

Ancaq bu məsələ ölkə ictimaiyyəti arasında birmənalı qarşılanmayıb. Bəzi ekspertlər düşünür ki, həmin əməliyyatların video görüntüləri yayılarsa, ölkə əhalisində baş verənlərlə bağlı rəsmi açıqlamalara şübhə olmaz.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button