Dəmirqapı Dərbənd Azərbaycan torpağıdır!

“İtirilmiş torpaqların haray səsi” – Dəmirqapı Dərbənd

“Azərbaycan-türk ocağı” mətbuat mərkəzində Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Gənclər Təşkilatının təşkilatçılığı lə “İtirilmiş torpaqların haray səsi” silsilə tədbirlər çərçəvəsində Dərbəndə həsr olunan tədbir keçirilib.

Dərbəndli ziyalılar, millət vəkilləri, tarixçi alimlər, gənclər və KİV nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Gənclər Təşkilatının sədri Emil Bağırov bildirib ki, Azərbaycanın ən qədim şəhərlərindən olan Dərbənd haqqında çox az sayda vəsait var: “Mövzunu ictimailəşdirmək məqsədi ilə www.derbend.wordpress.com bloqunu yaratmışıq. Bloqda Dərbəndin tarixi, bu günü, əhalisi ilə bağlı yazılar, araşdırmalar və fotolar yerləşdirilib”.

Tədbirdə Dərbəndlə bağlı hazırlanmış slayd nümayiş olunduqdan sonra müzakirələr aparılıb.

Dərbənddə Azərbaycan türklərini bilərəkdən işsiz qoyurlar…

VHP Gənclər Təşkilatının sədr müavini Nicat Ağalar Dərbəndin tarixi barədə qəsa məlumat verib: “Azərbaycan türklərinə qarşı uzun müddət aparılan diskriminasiya siyasətinin tərkib hissəsi olaraq, indi təkcə Dərbənd şəhərinə və onun ətrafına milli ərazi vahidi kimi baxmaq olar. Bütün bunları də əlimizdən çıxarmaq üçün Dərbənddə mühüm vəzifələri ələ keçirməklə Azərbaycan türklərini işsiz qoyaraq, onların tarixi yurdlarından deportasiya siyasətinin aparıldığını görmək olar”.

Dərbənd qədim Azərbaycan torpağıdır…

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun aparıcı elmi işçisi, elmlər doktoru Dilavər Əzimli Dərbəndən tarixi və bugünkü durumu barədə ətfaflı məlumat verib.
Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvü, professor Vaqif Arzumanlı da qədim Dərbənd tarixi barədə məruzə edib.

Tarix elmləri doktoru İlham Cəfərsoy “Qədim Qusar (Quzariya) dövləti” mövzusunda məruzə edib, Quzariya dövlətinin tarixi və əraziləri, Dərbənd şəhərinin tarixi haqda danışıb.

Filologiya elmləri doktoru Şahlar Göytürk “Dərbənd ləhcəsinin xüsusiyyətləri” barədə bilgi verib və “Dərbənd dialektologiyası” kitabının 2009-cu ldə çap edildiyini söyləyib.

Dilçi alim sonra Dərbənd dialektinin digər türk dialektləri ilə müqayisəsini aparıb, oxşarlıqları qeyd edib.

“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli qeyd edib ki, Dərbənd tədqiq olunmayan zəngin ərazidir: “Dərbəndin qədim Azərbaycan torpağı kimi tədqiqi ilə əlaqədar dövlətin konseptual proqramı olmalıdır”.

BDU-nin Dərbənd filialı açılmalıdır…

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Azərbaycan dövlətinin coğrafi siyasətinin olmadığını söylədi: “Buna görə də coğrafiyamız barədə strateji hədəfimiz yoxdur”.
S.Cəlaloğlu təklif etdi ki, ali məktəblərimizin Dərbənddə filialları açılmalıdır: “Belə olsa, orada azərbaycanlıların sayı artacaq. Azərbaycanlıları ora bağlayan konkret işlər görmək lazımdır.”
Bakı Dövlət Unversitetinin müəllimi Aydın Mədətoğlu bildirdi ki, “Hansı torpağa sahib olmaq istəyirsənsə, onun üstündə olmalısan”.

“Azərbaycanda tarix elmi yoxdur”

Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan Azərbaycanda tarix elminin olmadığını və tarixin siyasətin tərkib hissəsi olduğunu bildirdi.
Bütöv Azərbaycan Gənclər Təşkilatının sədri Ruslan İzzətli, VHP Şəki rayon təşkilatının sədr müavini Adil Şəkili, Sumqayıt Bələdiyyəsinin üzvü Yusif Salmansoy da çıxış edərək Dərbənd barədə fikirlərini bölüşdülər.

Hakimiyyətin görməyən gözünə, eşitməyən qulağına çatdırmaq lazımdır ki, Dərbənd Azərbaycan torpağıdır…

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev dəyirmi masanın ideoloji tədbir və çox böyük əhəmiyyətə malik olduğunu bildirdi. O, Sabir Rüstəmxanlının ideoloji sahədə həmişə öndə olduğunu bildirdi: “Bu tədbirdə 80–ci illər yada düşdü. O vaxt Z.Balayanın kitabına cavab yazmış Sabir bəyin “Ömür” kitabı ideoloji müharibənin başlanğıcı oldu. Etiraf edirəm ki, indinin özündə də düşmənlərə qarşı nəsə demək istəyəndə “Ömür kitabı”na müraciət edirəm. Sabir bəy növbəti nəslin də milli ruhda yetişməsində böyük rol oynayır”.

Partiya sədri Dərbənd mövzusunun həmişə gündəmdə saxlanılması və dövlət səviyyəsinə qaldırmağın vacibliyini bildirdi: “Bununla da hakimiyyətin görməyən gözünə, eşitməyən qulağına çatdırmaq lazımdır ki, Dərbənd Azərbaycan torpağıdır”.

Bu hakimiyyət Azərbaycançılığı Türkçülüyə qarşı qoyur

VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı çıxışında bir neçə məsələyə toxundu: “Bu gün Azərbaycanda ideologiya var, amma bu ideologiya elmi və milli ideologiya deyil, hakimiyyətin tərənnümündən ibarətdir. Bu “Azərbaycançılıq ideologiyası” nədir və nəyə xidmət edir, bunu bilən yoxdur. Bunlar Azərbaycançılığı Böyük Türkçülüyə qarşı qoyurlar. Azərbaycançılıq deyəndə bunlar Quzey Azərbaycanı nəzərdə tuturlar. Bəs, Bütöv Azərbaycan harda qaldı? Türkçülük bunları niyə qıcıqlandırır?

Mənim millətimin adı Türkdür və 30-cu ilə qədər də belə olub. Güney Azərbaycandakı 40 milyondan artıq soydaşımız özünə Türk deyir. Türkiyə o zaman özünə Osmanlı deyirdi. Biz niyə özümüzə Türk deməyək? Azərbaycançılıq deyiləndə bu ölkədə hər bir etnik qrupun hüququ qorunur, rusun, yəhudinin və digərlərinin məktəbi var. Təkcə bu ölkədə bir millət var hüququ pozulan, o da bu dövləti quran və onun sahibi olan Türklərdir.

Hər millətin bir hədəfi olur. Bizim hədəfimiz nədir? Ölkənin məmurları bu dövləti sevmir, bayrağını sevmir, dilini sevmirlər… Uşaqlarını əcnəbi dildə oxudurlar. Bəs, bunun sonu nə olacaq?

Biz illərdir Güney Azərbaycan məsələsini gündəmə gətiririk…

Biz illərdir Güney Azərbaycan məsələsini gündəmə gətiririk, oradakı 40 milyondan artıq Azərbaycan türkünün problemlərini qaldırırıq, amma səsimizə səs verən yoxdur. Güneylə bağlı bir araşdırma mərkəzi yaradılmayıb. Halbuki Elmlər Akademiyasında Güney, Borçalı, Dərbənd və digər tarixi torpaqlarımız barədə araşdırma mərkəzləri olmalıdır. Niyə bunu vaxtında etmirlər? İran isə edir, hətta “Amudərya” adlı jurnal da buraxır və bizim əleyhimizə təbliğat aparır. Biz vaxtında düşmənlərimizə qarşı tədbir görmürük. Güneydən gələnlərə sahib durmuruq.

Xaricdə yaşayan Azərbaycanlıların burada təhsil alması üçün şərait yaradılmalıdır, bu barədə Dövlət proqramı olmalıdır. Güneydən, Dərbənddən və Borçalıdan gələn azərbaycanlının biri də burada pulsuz təhsil almır, imkan vermirlər. Bu barədə Təhsil Nazirliyinə və digər strukturlara məktub yazmışam, baxan yoxdur. Bu milli unutqanlıq, tariximizə biganəlikdir.

Xocalı soyqırımından da dəhşətli Umudli faciəsi olub. Bu Umudluda insanlar 18-ci ildə taya şəklində yığılıb yandırılıb. Dağlıq Qarabağda beləcə, 52 kənd yandırılıb. Biz əvvəlkilərini unudub sonuncudan yapışırıq. Bir başqa faciə də olsa, Xocalını unudub, ondan başlayacağıq. Belə olmaz.

Güney də, Dərbənd də, Borçalı da, Qərbi Azərbaycan da Qarabağ ilə iç-içə olan məsələdir. Rusiya gəlib Ermənistana Qarabağ məsələsində yardım edir… halbuki Rusiyanın qabağına Dərbənd məsələsini çıxarmaq lazımdır. 1918-ci ildə Rusiya Dərbəndi işğal edib. Bura bizim ərazimizdər. Torpağı istəmiriksə, mədəni muxtariyyət tələb etməliyik Rusiyadan.
Mən BMT-də iki dəfə olmuşam. Mənə deyirlər, bu qədər dərdi olan millət yatarmı? Onlar deyir, bunlar sizin haqqınızdır!

Ərəb ölkəsi Ermənistanda kilsə təmir etdirir…

Mən bu yaxınlarda İslam Konfransı Təşkilatının iclasında oldum. Dedim ki, İsrail kimi ikinci terrorçu dövlər varsa, o da Ermənistandır. Bəzi ərəb ölkələrinin xətrinə dəydi bu. Ərəb ölkələri hələ də elə bilirlər ki, Ermənistan İslam dövlətidir. Mən onlara dedim ki, Birləşmiş Ərəb Əmirliklərindən gedib Ermənistanda kilsə təmir ediblər. Bizə qarşı terrorçuluğ etmiş, ərazimizi işğal etmiş Ermənistana yardım edirsiniz. Elə o pullarla bizdə Məscidləri təmir edin. Mənə haqlı bir söz dedilər ki, Azərbaycan hakimiyyəti müsəlman ölkələri ilə işləmir. Dərbəndlə, Borçalı ilə, Güneylə əlaqə yoxdursa, müsəlman ölkələri ilə işləmirsə, onda bu hökumət milli sahədə nə işlə məşğuldur?”

“Xural” qəzeti
il: 9, sayı: 007(415), 20-26 fevral 2011-ci il

Əlaqəli məqalələr

3 şərh

  1. Bir cox məsələlər var ki onlar həl edilməlidir onlardan biri qarabağ,borcalı,dərbənd ,cənubi azərbaycan amma o da məlumdur ki bu problemlər asan həll edilmiyəcək bu məsələləri itirilmis torpaqların indiki sahibləri cox yaxsı bilir.Ruslar bizim əlehimizə ləzgi talış kozurlarindan istifadə edir bununlada dərbənddəki mövqelərimizi leqallaşdırır .farslar cənub məsələsi ortaya cixanda kürdləri üstümüzə qaldırır .ermənilərdə bu işlərdə fəallaşır Azərbaycanın əsas cıxışı olan gürcüstan məsələsində isə hökümət faktiki gürcülərlə razılaşır götürək qazın cu qiymətinə satılması və s sadalanası cox sey var .digər məsələ turmənistanla kəpəz yatagı probleni . bunların həllı agır ola bilər amma biz bir millət olaraq mili suuru gücləndirməli hər seyi yüz olcüb bir bicməliyik məsəl ücün deyəkki qərbi azərbaycanın cənub sərqində əhalı demək olar ki hamısı kürddür və kürdlər ora idiya edir bəs niyə kürdstan otanının qürvə və bicar səhristanında əhali hamısı Azər türküdür yəni problem həllinə əsas verə bilər amma öndərimiz olsa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button