Dərhal qələmimi silahla dəyişdirməyə hazıram

evez-freedom-1-300x25804.08.2014

Əvəz Zeynallı şəhid ailələrinə başsağlığı verdi

Son zamanlar Azərbaycan – Ermənistan  təmas xəttində gedən döyüşlər həbsxanaları və orada cəzaçəkən məhbusları da ciddi narahat edir. Hazırda 10 saylı CÇM-də məhkumluq həyatı yaşayan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ailəsi vasitəsilə cəmiyyətə müraciət edib və şəhid ailələrinə başsağlığı verib. Əvəz Zeynallının müraciətində deyilir:

“Atılan hər bir gülləni, Vətənin oğullarına tuşlanan hər bir qəlpəni ürəyimizdə, qəlbimizdə hiss edirik. Vətən uğrunda, ərazi bütövlüyümüzü təmin etmək yolunda şəhid olanları ölü hesab etmirik. Allahdan şəhid ailələrinə səbr və dözüm arzulayır, onlara və bütün Azərbaycan xalqına baş sağlığı veririk. Vətən sağ olsun! Hamımız bilməliyik ki, Vətən bu şəhidlərlə yaşayacaq! Torpaqlar bu şəhidlərlə qaytarılacaq!”

Ə.Zeynallı cəmiyyətə də müraciət edib! “Bu ağır və çətin günlərdə iqtidar-müxalifət, gənc-qoca, uşaq-böyük demədən hamı bir yumruq kimi bir və güclü olmalıdır. Xırda incikliklər, böyük siyasi ehtiraslar bir kənara atılmalı, Azərbaycanın əleyhinə fəaliyyət göstərən böyük və məkrli qüvvələrə imkan və meydan verilməməli, 9 milyon vətən övladı vahid və tək cəbhədə birləşib, dövlətə və dövlətçiliyə sahib çıxmalı, onun ətrafında sıx birləşməlidir. Biz torpaqları azad etməyə hazır olmalı və onu azad etməliyik. Baxmayın ki, həbsdəyəm. Gərəkən qərar və siyasi iradə nümayiş etdirilsin, dərhal əlimdəki qələmi silahla dəyişdirməyə hazıram.

Mən də o əmri gözləyirəm!”

04.08.2014 14:50

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button