Dəydi hamının üzünə – güllələnmiş söz havası-ŞEİR

Mahir Mehdi

 

Yoxa çıxdı məsafələr,
şəhər itdi hissə-hissə.
Mənnən düşüb qalan işıq
ipucu oldu polisə.

Ağaclar da dindirildi,
şahid oldu quş yuvası.
Dəydi hamının üzünə
güllələnmiş söz havası.

Batırılmış səs tapıldı,
qatar yolunnan aralı.
Üzə çıxdı beş-on şeir,
bütün sözləri yaralı.

…Göndərdilər analizə
qafamın işlək vaxtını.
Götürdüm öz üzərimə
bu qanlı TERROR AKTINI…

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button