Dədə Qorqudun qəbri təhlükədə

Ermənilər bu məzarı partlatmaq istəyirlər

 «Dədə Qorqudun qəbrinin Dərbənddən şimalda, qayalardan birində olması ilə bağlı ilk mənbədən məlumatımız, hətta şəkil materialları da var».

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru Yaqub Mahmudov verib.

Onun sözlərinə görə, Dədə Qorqud Türk Dünyası üçün müqəddəs şəxsiyyətdir: “Amma iş o yerə çatıb ki, ermənilər bu müqəddəsliyə də əl uzadırlar. Ermənilər Dədə Qorqudun Dərbənddəki qəbrini partlatmaq istəyirlər. Dədə Qorqudla bağlı araşdırmaları daha da genişləndirmək üçün AMEA Tarix İnstitutu Dərbənddəki konfranslara çoxlu alimlər göndərir. Sözün əsl mınasında orada elmi döyüşlərə çıxmışıq və öz sözümüzü deməyə başlamışıq”.

“Xural” qəzeti,

il 9, sayı: 047 (455), 30 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button