Dəvə Buynuzu

Safruh

(Haray)

Asif Ata deyir: “İnsanlaşın, İnsanlaşdırın!”, çünki varolma şərtiniz (“bəşərin nicatı”) buna bağlıdır.

***
Burada Ata, ayrı-ayrılıqda olsa da, çoxlu adamın (insanın, deyək ki, bəşərin) var olmasını və uzun müddət var olmasını nəzərdə tutur.

***
Atanın dediyisayaq varolma (nicat) həmin fərdlərin başqa fərdlərə (heç olmasa onların az bir qisminə, hər bir fərdə ən yaxın olanlara, deyək ki, ailəyə) müsbət (pozitiv, rəğbətli) yanaşmaları, yəni onların varlığını istəmələri şərtiylə mümkündür.

***

Bu, “zəif dozada” olsa da, insanlıq deməkdir. Həmin bu “zəif dozalı insan” da gündən-günə azalır – həm sayca, həm keyfiyyətcə; onun gözündə “başqasının var olmasını istəmək” “niyə”sini itirməkdədir.

***
Bu “niyə”nin içində vaxtilə “idraklı eqoizim” deyilən fəlsəfə vardı və bu fəlsəfə öz zamanı öncəsində alturizmlə qarşılaşdırılaraq, pis sayılırdı, öz zamanı onu yaxşı saymağa məcbur oldu.

***
Bu gün yalnız eqoizm var. Bu gün eqoizmin içərisi (paradiqması) isə yalnız kefdir, ləzzətçilikdir – aşırı eksiztensiallıqdır.

***

Onların ən ağıllıları “bəşərin nicatını” bir-birini yenməkdə görürlər; batmaqda olan gəmidə bir-birini xirtdəkləyirlər.

***
Gəmini batmaqdan ruhaniyyat qurtara bilər. Bu gün isə adamlar ruhaniyyata dəvə buynuzu kimi baxırlar.

***
Ruhaniyyat – fərdlərin içində “insan-heyvan ayrıcı” deməkdir, “insanın döyülməkdən çıxıb döyənə çevrilməsi” deməkdir – hər bir fərdin içində.

***
Çağımız həmin kontekstdəki heyvanın oyanması, bəşəri sivilizasiyanın gedişində aldadılmış olduğunu anlaması və insandan öz “haqqını” tələb etməsi ilə səciyyələnir: – Fınış və Zifiş “peyğəmbərlərin” bayrağı altında (Bax: Safruh, “İnama Doğru. Haraylar” səh. 56).

***
Bu oyanış önlənməsə, bundan sonrakı sivilizasiya Heyvan sivilizasiyası olacaq: orada insana yer yoxdur.

***
O, çox parlaq sivilizasiya olacaq, indiki heyvanı kölgədə qoyacaq: Turizmin çiçəklənməsiylə, Palma ada–cənnətiylə, Gender bərabərliyi haytasıyla, Mavi, masmavi azadlıqlarıyla, Liberallığın mütləqləşməsiylə, Orqan alveriylə, Mentallığın (milli özümlüyün) ləğviylə, Kürəsəl oynaqlığıyla…

***
“Mütləqə İnam” həmin gəminin “SOS” harayıdır:

***
Yalnız mütləq xeyir – Xeyirdir,

Nisbi xeyir – Şərdir!

Yalnız mütləq həqiqət –  həqiqətdir,

Nisbi həqiqət – yalandır!

Yalnız mütləq məhəbbət – məhəbbətdir,

Nisbi məhəbbət – nifrətdir!

Yalnız mütləq sədaqət – sədaqətdir,

Nisbi sədaqət – xəyanətdir…

***
Allah hər kimə, hər nəyə “Ol!” deyir, Onun Buyuruğu ilə olmuşlar isə Ona “ol” demirlər. Beləliklə yaranır Allahsızlıq.

***

Atamız var olsun!

“Xural” qəzeti,

Il: 9, sayı: 018(428), 08-14 may 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button