Dəyanətin profilini cəbhəçilər sındırmayıb-CAVAB

axcpAXCP-də yaşanan gərginliklər fonunda xural.com gənc fəal Dəyanət Babayevin fikirlərini yayınlamışdı. Yazı dərc olunan kimi sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb oldu və nədənsə, xəbəri yaydığımıza görə ən çox da elə bizim özümüz hədəf olduq. Dəyanət Babayevin dediklərinə görə, facebook profili sındırılıb və bunu elə onun öz cəbhədaşları ediblər: “Partiyada bizə qarşı aqressiv münasibət yaradılıb. Ağaşirinin uzaqlaşdırıldığı gün profilimi sındırdılar. Əvvəldən də belə məlumatlar almışdım. Heç kimdən yox, öz cəbhəçi yoldaşlarımdan şübhələnirəm. Bu barədə Milli Təhlükəsizlik Nazirliyinə müraciət edəcəyəm. Qoy onlar profil oğrularını tapsınlar.”

 

Dəyanət Babayevin iddialarına AXCP funksioneri Məmməd İbrahim cavab verib. İsrarlı suallarımıza cavab verən AXCP funksioneri xural.com-u da Dəyanət Babayevin gözünə qataraq deyib:

“Əslində mən cəfəngiyyatlara cavab vermək fikrində deyildim. Münasibət bildirməyə məni vadar edən, “Xural” qəzetinin bu müsahibəyə qoyduğu başlıq oldu: “Cəbhəçilər çəbhəçinin profilini sındırdı, MTN-ə müraciət olunacaq”. MTN-ə nə gərək var idi ki? Artıq “Xural” qəzeti profili sındıranın cəbhəçilər olduğunu yəqinləşdirib. O cür başlıq seçməzlər, siz Dəyanət bəyin sözlərinə istinad edirsinizsə, başlığı da belə qoymalıydınız: “Dəyanət Babayevin dediyinə görə, onun profilini cəbhəçilər sınıdırıb.” Bir jurnalist kimi gərək belə şeyləri nəzərə alasınız. Amma deyirsinizsə, yazını oxuyanda Oxucu bilir ki, Dəyanətin fikirlərini yazmışıq, bu da düzgün deyil. Deməli, kimsə başlığı görüb, yazını oxuya bilməsə, profilin cəbhəçilər tərəfindən sındırıldığına əmin olacaq. Məqalədə belə bir cümlə də var “Partiya üzvlərinin dediklərindən belə çıxır ki, rəhbərlik üzvlərin facebook səhifələrinə belə nəzarət etməyə başlayıb.” Hansı partiya üzvlərinin? Söhbət Ağaşirindən gedirsə, yazın ki, “partiyadan qovulan Ağaşirin Tanrıverdioğlunun dediklərindən belə çıxır.” Qaldı ki, Dəyanət Babayevin profilinin sındırılmasına, Dəyanət Babayev MTN-ə müraciət edibsə, lap yaxşı. Qoy aydınlaşdırsınlar, cəzalandırsınlar. Dəyanət Babayevin profili cəbhəçilər üçün nə təhlükə törədə bilərdi ki, cəbhəçilər onun profilini sındırsınlar? Cəbhəçilər parol sındırmağı bilsəydilər, elə öz oğurlanan profillərinin dəyişdirilmiş parollarını qırıb qaytarardılar. Bizim profilləri elə MTN qırır, yəqin Dəyanət “səndən yar, sənə yar şikayətim var” məsəlinə əməl eləyib.”

xural.com-un əldə etdiyi bir informasiyaya görə, bu gün elə AXCP sədrinin müşaviri Məmməd İbrahimin də interneti kəsilib. Bu barədə onun özü facebook profilində yazıb: “Bununla ikinci dəfədir, mitinq öncəsi internetimi kəsirler. P.S. Bu statusu telefonla yazdım.”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button