D18 başqanından gənclərə müraciət: “Tək çarə sevgi və inamdır!”

Ruslan İzzətli
D18 Hərəkatının başqanı

 

D18 Hərəkatı fərqli baxışlara qucaq açan, hər kəsi bir çətir altında birləşdirmək istəyində olan bir hərəkatdır. Ona görə hər bir D18-çinin üzərinə böyük bir məsuliyyət düşür. D18-çi neçə olmalıdır.?

D18-çi Sevgi və İnam fəlsəfəsinə sahib olmalıdır. Hər kəsə- dinindən, millətindən, baxışlarından asılı olmayaraq hər bir vətəndaşa sevgi ilə yanaşmalıdır. Sevgi tək çıxış və azadlıq yolumuzdur.

İnam dəyərlərimizə, baxışlarımıza, insanımıza söykənən bir düşüncədir. Öncə özünüzə, fikirdaşlarınıza, yolunuza və xalqınıza inanacaqsız.

İnsan doğulanda ürəyində kiməsə rənginə, irsinə və dininə görə nifrətlə doğulmur. İnsanlar nifrət etməyi sonradan öyrənirlər, ona görə də həmin adamlara sevməyi öyrətmək lazımdır, çünki sevgi insan qəlbinə daha doğma hissdir.

Ədalət prinsipi sizin üçün qızıl qayda olacaq.

Sosial ədalətli olacaqsız. İnsanları zəngin, kasıb deyə bir qrupa ayırmayacaqsız.

Biz vaxtdan ağılla istifadə etməliyik və bilməliyik ki, doğru bildiyimiz işə istənilən vaxt başlamaq olar, heç nə üçün gec deyil.

Heç vaxt yıxılmamaq – həyatındakı ən böyük uğur deyil. Əsas olan hər dəfə yıxılanda qalxmaqdır.

Keçmişi oxuyub, təftiş etməyəcəksiz. Keçmişi oxuyub gələcəyə baxacaqsız.

Keçmişə baxdıqda unuda bilmərəm, amma bağışlaya bilərəm deyəcəksiniz.

Cəmiyyəti dəyişmək üçün öncə özündən başlayacaqsan. Özünü dəyişməyəncəksənsə heç zaman cəmiyyəti dəyişə bilməyəcəksiniz.

Doğru bildiklərinizdən vaz keçməyəcəksiz. Bu doğruları söylədikdə, toplum belə üzərinizə gəldikdə haqqı deyəcəksiz.

İnsanları heç zaman sosial qrupa ayırmayaçaqsız. İnsanı insan olduğu üçün sevəcəksiz.

Hər kəsin inancına və baxışına sayğı duyacaqsız. Heç bir zaman insanların inanc və baxışlarına müdaxilə etməyəcəksiz

Hər zaman laiklik tərəfdarı olacaqsız. Laiklik demokratiyanın və cümhuriyyətimizin əsas təməlidir.

Hər kəsə əl uzadıb, sahib çıxacaqsız. İnsanları düşüncəsinə, seçdiklərinə və sevdiklərinə görə fərq qoymayacaqsız. Sahib çıxdığınız zaman hücuma, təzyiqə məruz qalsanız belə, heç zaman doğru bildiyinizdən vaz keçməyin. Çünki, siz insanlara sahib çıxdıqda baxışlarına, düşüncələrinə, vərdişlərinə görə deyil, İNSAN olduğu üçün sahib çıxırsız. Sahiblənmək hissi cəmiyyətimizə sevgi və özgüvən gətirəcək.

Sahiblik hissi dövlətinizə, millətinizə sahib çıxmağı tələb edəcək. Bu SEVGİ və İNAM düşüncəsinin əsas tələbidir.

Dəyərli D18-çilər..!

Bilirəm çətin olacaq, üzərinizə gələcəklər. Amma, inanın sizi söyənlər, döyənlər, tənqid edənlər, sonda sizi bağrına basacaq.
Tək çarə sevgi və inamdır!

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button