D18 “Cümhuriyyət forumu” keçirdi-FOTO

D18 təşkilatı Azərbaycan parlamentinin 98-ci ildönümü ilə əlaqədar “Cümhuriyyət forumu” keçirdi.

Bu gün Müsavat Partiyasının qərargahında Azərbaycanda parlamentin yaranmasının 98-ci ildönümü ilə əlaqədar “Cümhuriyyət forumu” keçirildi. D18 Vətəndaş Hərəkatının təşkilatçılığı ilə keçirilən tədbirdə siyasi partiya təmsilçiləri, gənclər, keçmiş vicdan məhbusları və jurnalistlər iştirak edirdi.
Tədbirin aparıcısı, D18 Hərəkatının başqanı Ruslan İzzətli tədbirin məqsədi barədə danışaraq, hakimiyyətin keçirdiyi son referendumun Azərbaycanda Cümhuriyyət dəyərlərinin məhvinə yönəldiyini vurğuladı, bu dəyərlərinin təbliğinə böyük ehtiyac olduğunu bildirdi.
Daha sonra Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər məruzə ilə çıxış etdi. İsa Qəmbər qeyd etdi ki, Azərbaycanda Cümhiriyyət dəyərlərinin məhvinə doğru addımların atılmasına hələ Rusiyanın bolşevik bayrağı altında Azərbaycanı işğal etməsindən başlanılıb.
Tədbirin sonunda İsa Qəmbər gənclərin sualların cavablandırıb.

ruslan4

ruslan3

ruslan2

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button