Dağıstanda sinaqoq və kilsəyə hücum edilib, 9 nəfər ölüb

Yayımlandı: 24 İyun 2024 00:03

7 polis ölüb, 25 yaralının olduğu bildirilir

İyunun 23-də Dağıstanda silahlı insident yaşanıb. Dərbənddə sinaqoq və kilsəyə hücum olub, Mahaçqalada isə yol polisi postu atəşə tutulub. Nəticədə ölən və yaralananlar var.

“Kavkazskiy uzel” yazır ki, iyunun 23-də Moskva vaxtı ilə saat 18.00 radələrində Dərbənddə naməlum şəxslər “sinaqoqu və kilsəni avtomat silahlardan atəşə tutublar”. Bu barədə Dağıstan Daxili İşlər Nazirliyi öz “Telegram” kanalında bildirib.

Bundan əlavə, Mahaçqalada Ermoşkina küçəsində yol polisi postu atəşə tutulub.

Dağıstanın Serqokala kəndinin mərkəzində polis əməkdaşlarının olduğu avtomobil atəşə tutulub. Bir polis əməkdaşı yaralanıb.

“Kavkazskiy uzel” yazır ki, hazırda Milli Antiterror Komitəsi respublika ərazisində əksterror əməliyyatı rejimi tətbiq edib.

Müftiliyin məlumatına görə, Dərbənd və Mahaçqalada baş verən hücumlar nəticəsində polis əməkdaşları, mülki şəxslər və din xadimləri də daxil olmaqla 9 nəfər həlak olub, 25 nəfər yaralanıb. Əməliyyat zamanı dörd şübhəli yaraqlının öldürüldüyü bildirilir.

Respublikanın rəhbəri Sergey Melikov bu gün Dərbənd və Mahaçqalada baş verən silahlı insidentləri Dağıstanda sosial vəziyyəti pozmaq cəhdi adlandırıb.
O, dağıstanlıları panikaya düşməməyə çağırıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button