Dağıstanda terror aktı ilə bağlı 'Vahid Rusiya'nın şöbə katibi saxlanılıb [Video]

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

Dağıstanda Serqokalin rayonunun rəhbəri və “Vahid Rusiya” partiyasının yerli şöbəsinin katibi Maqomed Omarov saxlanılıb, evində axtarış aparılıb.

TASS-ın məlumatına görə, bazar günü sinaqoq və polisə hücumda Ömərovun iki oğlu, eləcə də qardaşı oğlu iştirak edib.

İyunun 23-də Dərbənddə naməlum şəxslər sinaqoq və pravoslav kilsəsini avtomat silahlardan atəşə tutub. Eyni vaxtda naməlum şəxslər Mahaçqalada yol-patrul xidmətinin postuna hücum edib, daha sonra hadisə yerinə gələn polislərlə atışmaya giriblər.

Hücumlar nəticəsində 7-si polis olmaqla azı 9 nəfər həlak olub, daha 25 nəfər yaralanıb. Öldürülənlər arasında pravoslav keşiş də var.

İstintaq Komitəsi terror aktı ilə bağlı cinayət işi açıb. İlkin məlumatlara görə, hücumlarda azı 6 nəfər iştirak edib. Onlardan dördü ləğv edilib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button