“Dağlıq Qarabağ indi Rusiyaya məxsusdur…” – ABŞ nəşrindən ŞOK MƏQALƏ

Qarabağ müharibəsi bitsə də Qarabağ münaqişəsi bitməyib, dünya siyasi mərkəzləri və nüfuzlu dünya nəşrləri Rusiyanın müdaxiləsini geniş şərh etməkdə davam edirlər. ABŞ-ın nüfuzlu “National Reviews” nəşri Rusiyanın bölgəyə müdaxiləsi və perspektiv siyasi mənzərini əks etdirən redaksiya məqaləsi ilə çıxış edib. 

Savash.org həmin məqaləni oxucuların diqqətinə çatdırır.

“Noyabr ayında Rusiya başqa ölkədən bir parça torpaq qazandı. Əslində – Amerika sülh prosesində tam iştirak etməyə hazır olmadığı üçün Dağlıq Qarabağ indi qeyri-müəyyən müddətə Rusiyaya məxsusdur. Guya ki, Kreml, beş il əraziyə nəzarət edəcək və mandatın bitməsinə altı ay qalmış üç tərəfdən biri etiraz etməzsə, avtomatik olaraq  daha beş il nəzarət davam edəcək.

Əlbəttə, Rusiya çıxıb  getməyəcək. İndi Rusiya  Avropanın enerji şaxələndirilməsində mərkəzi bir bölgəyə qapı rolunu oynayır . Bir bölgə NATO üçün strateji baxımdan vacibdirsə, deməli  bu, Kreml üçün də strateji baxımdan vacibdir.

Azərbaycana inamsızlıq üzündən Ermənistan Rusiya  sülhməramlılarının qalmasını istəyir. Qısa, lakin şiddətli müharibə inandırıcı şəkildə sübut etdi ki, Ermənistan hərbi yolla qalib gələ bilməz və bu səbəbdən etnik ermənilər ya Azərbaycan tərəfindən, ya da Rusiyanın protektoratı altında idarə olunmaları barədə razılığa gəlməlidirlər. Zəif və sınmış İrəvan, Dağlıq Qarabağdakı rus qəyyumluğunu qəbul etməyi daha az alçaldıcı hesab etməklə qatı düşmənini tam qələbədən məhrum etməyi fikirləşir.  Ancaq ermənilər üçün bu uzun müddətli bir fəlakətdir. Bu, o deməkdir ki, onlar faktiki olaraq Rusiyanın qucağına düşüblər. Onlar istər diplomatik, istərsə də investisiya üçün nə Qərbə, nə də Şərqə üz tuta bilməzlər,  çünki ruslar indi  başlarının üstündədir.

Azərbaycan ənənəvi olaraq Moskva tərəfindən “digər tərəfdə” olaraq görülsə də,  – son illərdə ABŞ və Aİ-nin zəifliyi sayəsində – Rusiya ilə diplomatik və iqtisadi münasibətləri davamlı şəkildə dərinləşdirdi. Ancaq indi, Rusiya hərbçiləri Sovet İttifaqının dağılmasından bəri ilk dəfə Azərbaycana doğru irəlilədikdə, Moskvanın təsir rıçaqları həm də iqtisadi rıçaqa çevrildi: hərbi yolla Ermənistan ərazisindən – atəşkəsə qədər bağlanmış – Azərbaycanın Naxçıvan anklavına nəqliyyat dəhlizi verərək, Rusiya artıq çoxdan bəri gözlənilən birbaşa quru yolunu idarə edəcək.

Qərb bunu qabaqcadan mütləq görə bilərdi. Həmişə belə başlayır: dayaq nöqtəsi tezliklə ayaq izinə çevrilir. Krım, Şərqi Ukrayna, Cənubi Osetiya, Abxaziya – nümunələrin siyahısı davam etdirilə bilər. Rusiyanın iştirakı Rusiyanın nəzarətinə çevrilir: yeganə məntiq  Putinin  ambisiyalarıdır.

Doğrudan da, indi, qoşun yeridilməsindən bir neçə həftə sonra, xəritələrdəki xətlər əyilməyə və bükülməyə başladıqca Kreml manevr edir. Rusiya Müdafiə Nazirliyinin saytında, səhifədə, razılaşma şərtlərinə görə, Rusiya sülhməramlılarının yerləşdiriləcəyi və kimin yurisdiksiyasında fəaliyyət göstərəcəkləri barədə bir xəritə yerləşdirilir. 13 dekabrda nəzarət etdikləri torpaqlar möcüzəvi şəkildə genişləndi. Azərbaycanın diplomatik təzyiqinin ertəsi günü əvvəlki vəziyyətə qayıdıldı. Ancaq müdaxilənin lap başlanğıcında  hadisə Kreml kartoqraflarının yaradıcılıq nümayiş etdirdiklərini göstərdi.

Dağlıq Qarabağda Rusiya “pasportlaşdırılması” ilə bağlı söz-söhbət var. İndiyədək Rusiya  vətəndaşlıq verərək yerlərdə yeni demoqrafik reallıqlar yaratmış və bununla da digər postsovet ölkələrinin daxili işlərində nüfuzunu qorumaq üçün istifadə etmişdir. Ruslar bir ərazini işğal edən kimi Rusiya dövləti müdaxilə etmək məcburiyyətindədir.

Bu, Kreml repertuarının klassik variantıdır. Bu, Krıma müdaxiləyə səbəb olmuşdu. Bu, Rusiyanın müharibə başlamazdan əvvəl Gürcüstanın iki bölgəsində, Cənubi Osetiya və Abxaziyada baş verib.  Bu yaxınlarda pasportlaşdırma Ukraynanın şərqində yaxşı ütülənmiş bir prosesin parçası olaraq aqressiv şəkildə tətbiq edildi. Kreml, bir milyondan çox Rusiya vətəndaşının ilin sonuna qədər yeni sənədlərə sahib olacağını proqnozlaşdırır. Bütün bu vəziyyətlərdə Rusiya tutduğunu buraxmır.

Pasportlaşdırma o deməkdir ki, Dağlıq Qarabağın son statusu danışıqlar yolu ilə heç vaxt həyata keçirilməyəcək. Bunun əvəzinə, Dağlıq Qarabağ rus pasportları ilə protektorata çevriləcək və Rusiyaya bir bəhanə verəcək : Moskva leksikonu ilə deyilsə – “vətəndaşları” üçün hər hansı bir təhlükə yaranarsa bölgəyə soxulacaq.

Yenə də Amerikanın müdaxilə etmək üçün hələ vaxtı var: atəşkəs yerini son sülh danışıqlarına verəcək.  ABŞ tam və hərtərəfli  olaraq pasportlaşdırmaya qarşı çıxmalıdır. ABŞ şirkətləri Rusiyanın manevr imkanlarını məhdudlaşdırmaq üçün bölgədəki infrastruktur və enerji layihələrinə investisiya qoymalıdır. Ermənistan və Azərbaycanın ABŞ rəhbərliyi altında birgə investisiya təşəbbüsləri hər iki ölkənin Rusiyadan asılılığını azaltmağa kömək edəcəkdir”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button