Daha 3 təşkilat növbədənkənar seçkiləri boykot edir

Nida, ADR və D18 prezident seçkilərində iştirak etməyəcəklərini açıqlayıblar

“Azərbaycan Demokratiya və Rifah Hərakatı səbəbləri açıqlanmadan və zərurəti izah edilmədən qəfil və tələsik verilmiş “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncamı Azərbaycanda demokratiyaya növbəti qəsd, ictimai-siyasi qüvvələrə, seçicilərə və bütövlükdə xalqımıza qarşı hörmətsizlik kimi dəyərləndirir”.

ADR
ADR.

Təşkilatın yaydığı bəyanatda belə deyilir. Daha sonra qeyd edilir:

“ADR Hərəkatı hesab edir ki, hakim partiya tərəfindən hazırkı prezidentin 4-cü dəfə namizədliyinin irəli sürülməsi “Cümhuriyyət ili”ndə ölkədə demokratiyanın deyil, avtoritarizmin daha da güclənməsinə səbəb olacaq. Proseslərin bu cür inkişafı cəmiyyətimizdə mövcud olan siyasi qarşıdurmanın, sosial və iqtisadi problemlərin daha da dərinləşməsinə səbəb olacaq, ən böyük dərdimiz olan Qarabağ probleminin həllində beynalxalq ictimayətin əleyhimizə yönəlməsinə yol açacaq və dövlətimizin beynalxalq imicinə çox ciddi xələl gətirəcəkdir”.

Лого Гражданского движения NIDA
 NIDA.

Növbədənkənar prezident seçkilərini boykot edən digər siyasi təşkilat “Nida” Vətəndaş Hərəkatı isə 11 apreldə keçiriləcək növbədənkənar prezident seçkilərinin nəticələrini tanımayacağını bildirir. Təşkilat bəyan edir:

“Ölkədə müstəqil media orqanları sıradan çıxarılıb, saytlar bloklanıb, jurnalistlər və blogerlər həbs olunub.
Siyasi partiyaların fəaliyyət imkanları minimum həddə endirilib, üzvləri həbs olunub, bir çoxu ofissiz fəaliyyət göstərir. Prezidentliyə namizədlərdən biri, REAL Hərəkatın sədri İlqar Məmmədov da daxil olmaqla ölkədə 150-dən çox siyasi məhbus var. “Nida” Vətəndaş Hərəkatı bütün bunları nəzərə alaraq ölkədə seçkilərin keçirilməsi üçün azad və demokratik şərait olmadığını və 11 apreldə keçiriləcək növbədənkənar prezident seçkilərinin nəticələrini tanımayacağını bildirir”.

D18
D18.

“D18” Hərəkatı da hesab edir ki, boykot siyasi kampaniyaya çevrilməli və hakimiyyətin edəcəyi total saxtakarlıqlar ifşa edilməlidir. Təşkilatın bəyanatında deyilir:

“2016-cı ildə Konstitusiyaya edilən dəyişikliklərə əsasən prezidentə növbədənkənar seçki təyin etmək səlahiyyəti verildi. İlham Əliyev də ictimai müzakirə keçirmədən, cəmiyyətə tutarlı əsas gətirmədən səlahiyyətlərindən istifadə edərək seçkiləri 6 ay qabağa çəkdi. Bu isə siyasi institutların seçkilərdə iştirak imkanlarını məhdudlaşdırdı. Cəmiyyətlə məsləhətləşmədən qəfil belə bir qərar verilməsi totalitar idarəetmənin məntiqi nəticəsidir”.

Bundan əvvəl növbədənkənar seçkiləri müxalifətdə olan ReAL, Müsavat, Ümid, Milli Şura boykot edəcəyini açıqlamışdı.(meydan.tv)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button