Daha bir AXCP fəalı həbs edilib

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Xətai rayon Gənclər Təşkilatının fəalı Vasif Müzəffərov fevralın 22-də yaşadığı evdən çıxarkən Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun telefonu əlindən alınıb və  Facebook səhifəsini siliblər. Bu barədə Turan agentliyinə AXCP-nin sədr müavini Gözəl Bayramlı bildirib.

Onun sözlərrinə görə, fevralın 23-də Xətai Rayon Məhkəməsi polisin qanuni tələbinə tabe olmamaq ittihamını  əsas götürərək fəalın barəsində 30 sutka inzibati həbs qərarı verib.

“Bu AXCP-yə qarşı aparılan repressiya siyasətinin davamıdır. Fəala qarşı irəli sürülən ittiham əsassız və siyasidir. O, Facebook statuslarına görə həbs olunub”, -G.Bayramlı qeyd edib.

Polis hələ fəalın həbsi ilə bağlı açıqlama verməyib.

Xatırladaq ki, son 2 həftə ərzində, 7 fevral – 23 fevraladək AXCP-nin 8 fəalı həbs olunub. Onlardan 6-nın barəsində polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə  30 sutka inzibati həbs seçilib. 1 fəalın barəsində 24 sutka, digərinin barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button