Daha bir AXCP fəalı saxlanılıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Niyaməddin Əhmədov Xətai Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada 30 sutka müddətinə həbs olundu.

Bu barədə Turana AXCP-dən məlumat verilib. 

Məlumata görə, Əhmədov dünən, aprelin 15-də evdən çıxarkən polis tərəfindən saxlanılıb. “Əhmədov 8103 qısa nömrəsinə sms yazaraq evdən çıxab və bir neçə dəqiqə sonra saxlanılıb. Fəalın atası səhər öyrənə bildi ki, o, Xətai Rayon 34-cü polis bölməsindədir. Orada ona qarşı İXM-nin 211-ci və 535-ci maddələri ilə protokol tərtib olunub və o məhkəməyə aparılıb”. 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button