Daha bir fəal həbs olundu

Azərbaycan Xalq Cəbhəsi Partiyası Yasamal rayon Gənclər Komitəsinin sədri Məhəmməd Rzaya 15 sutka inzibati həbs verilib.

Bu barədə AXCP-nin mətbuat xidməti məlumat yayıb.

Partiyadan verilən məlumata görə, bununla bağlı qərar fevralın 21-də Nizami Rayon Məhkəməsində çıxarılıb. Gənc fəalın nədə günahlandırıldığını dəqiqləşdirmək isə mümkün olmayıb.

Partiya bildirib ki, Məhərrəm Rza fevralın 21-də Bakının Nizami rayonu ərazisində Laçın Ticarət Mərkəzində mülki geyimli şəxslər tərəfindən saxlanılıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button