Daha bir idmançı ölkəni tərk edib

Fuad Qayibov

Fuad Qayibov 11 mart və 2 aprel aksiyasında iştiraka görə təqib edilirmiş…

Azərbaycan hüquq-mühafizə orqanlarının qanunsuz təzyiq və təqiblərindən boğaza yığılıb, ölkəni tərk edənlər sırasına daha bir fəal gəncimiz qoşulub. Bu, bir müddət əvvəl ölkə hərbi komissarlıqlarındakı korrupsiya və rüşvət faktlarını cəsarətlə qəzetimiz vasitəsiylə işıqlandıran Fuad Qayibovdur. Xatırladaq ki, Fuad Qayibov həm də “My-Tay” döyüş növü üzrə yaxşı tanınan idmançı gənclərimizdəndir. Ancaq belə görünür ki, idmançı olması və ölkədəki neqativ hallara biganə qala bilməməsi Fuad Qayibovun başına bəla açıb.

Bu günlərdə yaxın qohumlarından məlumat əldə etdik ki, martın 11-də bir qrup gəncin “Facebook” vasitəsilə, aprelin 2-də isə İctimai Palatanın təşkil etdiyi aksiyalarda iştirakına görə, hüquq-mühafizə orqanlarının çək-çevirinə, yersiz sorğu-sualına məruz qalan Fuad Qayibov ölkəni tərk edib. İdmançımızın hazırda Ukraynada olduğunu bildirən yaxınlarının sözlərinə görə, o, Azərbaycana qayıtmaq niyyətində deyil və buna səbəb Fuadın həbs təhlükəsinin yaranmasıdır. Yaxınları bildirir ki, Fuada qarşı konkret ittiham irəli sürülməsə də, o, bir neçə dəfə hüquq-mühafizə orqanları tərəfindən bu aksiyalara kimin vasitəsilə qatıldığı, özündən başqa hansı idmançıları aksiyalara cəlb etdiyi və göstərişləri AXCP və Müsavat rəhbərliyinə daxil olan şəxslərdən kimlərdən aldığı barədə bir nəçə dəfə sorğu-suala çəkilib. Sonuncu dəfə isə o, bu aksiyalarda iştirak edəcəyi təqdirdə, həbs olunacağı ilə hədələnib.

XuralTAC

Xural” qəzeti,

İl: 9, sayı: 034 (442), 04 – 10  sentyabr 2011-ci il

 

Əlaqəli məqalələr

3 şərh

  1. Ay eziz milletim oyanin bu oliqarxlar neftin iyinden serxos olublar,geleceyi dusunmurler.demir barmaglar arasinda olan Arif Hacili,Fuad Qehremanli,Evez Zeynalli,Mehemmed Mecidli,Tural Abbasli,Bextiyar Haciyev,Cabbar Savalanli,ve,sAzadlig her birine.niye axi heqiqeti diyeni hebs edirsiz ? demeli size yalniz yaltaq sexsiyyetler lazimdi ozuvuz kimi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button